Çiçək (Salmas)

Çiçək (fars. چيچك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd[1].

Kənd
Çiçək
چیچک
38°15′53″ şm. e. 44°47′30″ ş. u.
Ölkə  İran
Region Qərbi Azərbaycan ostanı
Tarixi və coğrafiyası
Əsası qoyulub Bilinmir
İlk məlumat Bilinmir
Əvvəlki adı Bilinmir
Əhalisi
Əhalisi 706 nəfər (2006)
Milli tərkibi Azərbaycan türkləri
Dini tərkibi İslam
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 44
Çiçək xəritədə
Çiçək
Çiçək

Etimologiyası

Çiçək adı türkcə bir kəlmədir Çiçək vəya kiçik gül anlamına gəlir.

Tarix

Dilman dəprəmindən öncə kəndin qurulduğu məkan indi kənd yeri adlanan məntəqədə yer alırdı və əhalinin dediyinə görə Üst Çiçək və Aşağı Çiçəkəyə bölünürdü. Kəndin bir neçə tarixi yeri vardır o cümlədən: Kafir təpə, Üç qardaşlar qəbiri, Girdəsərə, Gicələn, Daşlar. Və birdə Kəndin mərkəzində olan Şehid Təpəsi (Murad Şehidi Təpəsi və ya Şeyid Böyrü) qəbristanlığıdır. Güney Azərbaycanı RuslarErmənilərin işğalından qurtarmaq üçün köməyinə gələn Osmanlı ordusundan şəhidlərin məzarlığıdır (823 şəhid Avacıq döyüşü). Bu məzarlıq məscid həyətini böyütmək nədəniylə böyük bir xisarət alıbdır.

Əhalisi

2006-cı il məlumatına görə kənddə 706 nəfər[2] yaşayır (147 ailə). Kənd əhalisini əsasən şiə və qismən sünni-şafi (Kürəsünni) Azərbaycan Türkləri təşkil edir.

Coğrafi yerləşməsi

Salmas şəhristanında Salmas şəhərindən 8 km Xoy şəhərinə sarıdır.

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel  Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 554. ISBN 978-9952-441-10-9.
  2. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.