Çernobıl likvidatorları
Çernobıl likvidatorları və ya sadəcə likvidator (ukr. ліквідатор, belar. ліквідатар, rus. ликвида́тор) — Çernobıl faciəsinin nəticələrini aradan qaldırmaq üçün çağırılan mülki və hərbi heyət.[1] Bir çox likvidator Sovet hökuməti və mətbuat tərəfindən qəhrəmanlar kimi təriflənsələr də, bəziləri illərdir ki, rəsmi olaraq tanınmırlar.[2]
![](../I/M%C3%A9dailles_liquidateurs.jpg.webp)
Sovet hərbi nişanı (solda) və likvidatorlara verilən medal.
Termin və iştirakçılar
Termin Sovet rəsmiləri tərifindən "учасник ліквідації наслідків аварії на Чорнобильській АЕС" (azərb. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakçı) ifadəsindən yaranmışdır.
Çernobıl faciəsinin idarəetmə heyətində müxtəlif peşə sahibləri iştirak etmişdir:
- Reaktorların heyəti
- Dərhal reaktor qəzasına cavab verən yanğınsöndürənlər
- Sovet Silahlı Qüvvələrinin Mülki Müdafiə Qoşunları
- Daxili Qoşunlar və polislər
- Hərbi, mülki tibbi və sanitariya heyəti
- Fövqəladə halların idarə olunmasının bütün mərhələlərində iştirak edən müxtəlif mülki alimlər, mühəndislər və işçilər
- Media və incəsənət sənətkarları
Həmçinin bax
İstinadlar
- "Liquidators". www.chernobylgallery.com. www.chernobylgallery.com. 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2019.
- "THE 'LIQUIDATORS' WHO RISKED IT ALL TO CLEAN UP CHERNOBYL". www.wired.com. www.wired.com. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.