Çeqem rayonu
Çeqem rayonu (kab.-çərk. Шэджэм район / Шэджэм куей, qaraç.-balk. Чегем район[3]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Çeqem şəhəridir.
Çeqem rayonu | |||
---|---|---|---|
|
|||
43°34′ şm. e. 43°35′ ş. u. |
|||
Ölkə | |||
İnzibati mərkəz | Çeqem | ||
Tarixi və coğrafiyası | |||
Yaradılıb | 28 yanvar 1935 | ||
Sahəsi |
|
||
Hündürlük | 4.617 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | 86630 | ||
Rəsmi sayt | |||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Çeqem rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Çeqem çayının sahili boyunca cənub-qərbdən şimal-şərqə qədər uzanır. Rayonun ərazisi dəniz səviyyəsindən 500 ilə 4617 m yüksəklikləri arasındadır. Respublika dağətəyi və dağlıq bölgələrdən ibarətdir. Rayonun sahəsi 1503.32 km²-dir. Rayon aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Elbrus rayonu, şimalda Baksan rayonu, şərqdə Urvan və Çerek rayonları, cənubda Gürcüstan. Qərbdən, şimaldan və qismən şərqdən yarım halqa şəklində Nalçik şəhər dairəsini əhatə edir.
Rayonun ən böyük və əhəmiyyətli çayları: Çeqem və Şaluşkadır. Çeqem çayının qollarından birində Çeqem şəlalələri yerləşir.
Tarix
Çeqem rayonu Kabarda-Balkariya Regional İcra Komitəsi Rəyasət Heyətinin 28 yanvar 1935-ci il 92 nömrəli qərarına əsasən təşkil edilmişdir. Balkar rayonundan Yuxarı Çeqem, Aşağı Çeqem, Aktoprak və Yanikoy kənd sovetlikləri ayrılaraq yeni rayon təşkil edilir.
20 aprel 1937-ci ildə Yuxarı Çeqen Kənd Sovetliyindən Bulunquy ayrılır.
1944-cü ildə Balkarların Orta Asiyaya sürgün edilməsi ilə rayonun cənub hissələri Gürcüstan SSR-ə verildi. Elə həmin il bir sıra yaşayış məntəqələri Nalçik rayonundan Çeqem rayonu ərazisinə birləşdirilir. 1957-ci ildə əvvəllər alınmış torpaqlar Gürcüstan SSR-dən ayrılaraq Kabarda-Balkariya MSSR-a qaytarılır.
1962-ci ilin dekabrından 1965-ci ilin yanvar ayına qədər Urvan rayonunun tərkibində olan Germençik və Nartan kənd sovetlikləri istisna olmaqla, bütün yaşayış məntəqələri Baksan rayonunun tərkibində daxil edilir. 1965-ci ilin yanvar ayında Germençik kənd sovetliyi istisna olmaqla, Çeqem rayonu 1961-ci il sərhədləri daxilində bərpa edildi.
Əhali
- Urbanizasiya
Şəhər şəraitində (Çeqem ş.) rayon əhalisinin 26.41 % yaşayır.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[4]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
kabardinlər | 50 452 | 73,02 % |
balkarlar | 13 529 | 19,58 % |
ruslar | 3 014 | 4,36 % |
digərləri | 1 871 | 2,71 % |
milliyyətini bildirməyənlər | 226 | 0,33 % |
ümumi | 69 092 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[5]:
Yaş | Kişilər, nəf. | Qadınlar, yaş. | Ümumi say. | ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 7 253 | 6 616 | 13 869 | 20,07 % |
15 — 59 yaş | 23 960 | 23 368 | 47 328 | 68,50 % |
60 yaşdan yuxarı | 3 095 | 4 800 | 7 895 | 11,43 % |
ümumi | 34 308 | 34 784 | 69 092 | 100,0 % |
Kişilər — 34 308 nəf. (49,7 %). Qadınlar — 34 784 nəf. (50,3 %)[6].
Əhalinin orta yaşı — 33,8 yaş. Kişilərin orta yaşı — 32,3 yaş. Qadınların orta yaşı — 35,2 yaş.
İstinadlar
- GEOnet Names Server. 2018.
- http://www.gks.ru/free_doc/doc_2019/bul_dr/mun_obr2019.rar.
- Официальный сайт Чегемского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации Arxivləşdirilib 2015-08-10 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
- "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.