Çemguylar

Çemguylar, Ç’emguylar, K’emguylar, Kemguylar, Kemırgueyler, Kemirguveyler və ya Temirgoylar (qərb çərkəzcəsi:кIэмгуй, чIэмгуй, şərq çərkəzcəsi:кӀэмыгуейхэр, кӀэмыгуехэр, rusca:темиргоевцы, кемиргоевцы) — Rusiyaya bağlı Adıge Respublikası ilə Türkiyədə yaşayan qərb çərkəzlərindən olan bir çərkəz boyu.[1] Çemguylara şapsuqlar "Kemguy", kabardalılar "Kemırguey", ruslar "Temirqoy" deyir.[2] Sayları Qafqazda çoxdur, diasporadakı ən kiçik çərkəz topluluğudur.[3] Şapsuqlar, hakuçlar, abadzexlər kimi qərb çərkəzlərində bəy (pşi) zadəgan sinfi olmaz ikən, bjeduğlarda olduğu kimi çemguylarda da bu siniflər görülür.[4] Çemguyların tarixi torpaqları bjeduğların şərqində və Katukay ilə Kuban arasındakı LabaBelaia çayları arasındadır.

Çemguylar (çərkəzcə:кIэмгуй)
Yaşadığı ərazilər
Adıge RespublikasıTürkiyə
Dili

Türk dili
Çərkəz dili
Rus dili

Dini

Sünni müsəlman

Qohum xalqlar

Müxtəlif çərkəz tayfaları

Haqqında

Adıge Respublikasındakı qərb çərkəzcəsi yazı dili çemguyların ləhcəsi əsas alınaraq yaradılmışdır.

Üç qrupdan meydana gəlirlər:[5]

  • Kuban çayına doğru Ademıylar (Adameylər)
  • Cıraki və Ratazay cıvarında Yecerukay (Yegerkoylar)
  • Kiraylar

Tarixləri

Çemguylar çərkəzlərin ən güclü və ən varlı tayfalarından biri olmuşdurlar. Mənbələrdə qeyd olunur ki, Çemguy tayfası qonşuluqda yaşayan digər tayfalarla müqayisədə çox varlı olmuşdurlar. Onlar həm xırdabuynuzlu mal-qara təsərrüfatı ilə, həmçinin də əkinçiliklə məşğul olmuş, müxtəlif kənd təsərrüfatı malları və sex məmulatlarının istehsalı ilə ətraf ərazilərdə tanınmışdırlar. Çemguyların daxilində bir neçə güclü ailələr və ya nəsillər var idi. Bunlardan ən güclüsü isə Bolotoko ailəsi idi. Bu ailə çemguyları, yegerukoları və mamheg tayfalarını idarə edirdi. Yerli xalqlarla Rusiya imperiyası arasında baş vermiş Qafqaz müharibəsindən sonra bir çox Çemguy öz doğma yurdunu tərk etdi və əksərən Türkiyəyə köçdü.

Dünyadakı çemguyların əksəriyyəti diasporada və Adıge Respublikası ərazisində yaşayırlar.

Tarixi torpaqları

Kuban çayı ilə Laba və Şagvaşe çayları arasındakı bölgədə yaşayırlar. Çemguyların yaşadıqları bölgə şimaldan Kuban, şərqdən besleneylər, qərbdən bjeduğlar, cənubdan isə abadzexlərlə əhatələnmişdir.[5]

Sülalələr

Tarix boyunca çemguylar içərisindən çıxmış müxtəlif sülalər:

Çərkəzcə Transkripsiya Rusca
БолэтыкъуBoletıɋБолоток
БыщтэBışteБиште
ДадыхъужъDadıĥuĵ
ДелэкъуDéleɋДелок
ДидыхъуDidıȟ
ДэгужъыекъуDeguĵıyeɋ
ДэгужъыйDeguĵıyДегужий
ЖъорэмыкъуĴoremıɋЖаримок
ЗаурымыкъуZawurımıɋЗауримук
КъаитмэсQayitmesКаитмес
Къэрэхъу / КъэрэхъукъоQareȟ / QereĥuqoКароховы
ЛIыупкъоŁıwpqoТлиупко
МатMatМат
МэхъошMeĥoşМахош
ПакIэкъуPaḉeɋПачок
ПщыкъанокъуэPşıqanoɋe
ХьабкирHabkirХабакир
ХьакIэмызHaḉemızХачемиз
ХьатыкъуHatıɋХатук
ХьахъущэкъуHaĥuşeɋХахушок
ХьэпакӀ = ХьэпащӀэHepaḉ / Hepaş'eХапачевы
ЦунтIыжъÇunṫıĵЧунтыж
ШъаоṨawoШао
ШъаукъуṨawɋШаук
ШыкуŞıķШико

Adıgey Çemguy kəndləri

Adıge Respublikasındakı Çemguy kəndləri:

Çerkesçe Transkripsiyon Rusça
ЕджэрыкъуайYecerıɋayЕгерухай
ХьакӀэмзыйHaḉemzıyХачемзий
АдэмыйAdemıyАдамий
ДжамбэчыйCambeçıyДжамбичи
ХьатикъуайHatiɋayХатукай
ДжыракъыйCıraqıyДжерокай
КъэбэхьаблQebehablКабехабль
МамхыгъMamxığМамхег
ПщыжъхьаблPşıĵhablПшизов
ХьэтэжыкъуайHetejıɋayХатажукай

Türkiyədəki Çemguy kəndləri

Türkiyədəki Çemguy kəndləri:[6]

  • Biləcikdəki kəndlər: Akçapınar, Akpınar (Adamey), Əlibəydüzü (Gukay)
  • Düzcədəki kəndlər: Köprübaşıömerefendi
  • Kocaelindəki kəndlər: Ketencilər
  • Tokatdakı kəndlər: Qozlu Qızılçubuk, Erbaa Baxçabaşı

Həmçinin bax

İstinadlar

  1. "KAFKASYA'DA ETNİK YAPI". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  2. Murad Papşu. "Adığece kelimelerin yazılışı". www.circassiandiaspora.com. 2013-04-19 tarixində orijinalından arxivləşdirilib.
  3. Murad Papşu. "Çerkes dillerine genel bir bakış Kafkasya ve Türkiye". (#cite_web_url)
  4. Cevdet Yıldız. "Adige Dil Alanının Küçülmesi". www.circassiancenter.com. 2013-04-12 tarixində arxivləşdirilib.
  5. "Kafkasya'nın etnik mozaiği". www.kafkas.org.tr. 5 fevral 2020 tarixində arxivləşdirilib.
  6. "Çerkes yerleşimleri". 6 mart 2016 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.