Çelsi oteli

Çelsi hoteli (ing. hotel Chelsea, həmçinin Chelsea hotel və ya sadəcə the Chelsea)Nyu-York şəhərinin ən məşhur hotellərindən biri. Manhettenin Çelsi rayonu YeddinciSəkkizinci prospektlər arasındakı 23-cü küçədə yerləşir.

Tünd qırmızı kərpicdən tikilən 13 mərtəbəli bu bina 1884-cü ildə inşa edilmiş və 1905-ci ilə qədər yaşayış kooperativi kimi istifadə olunurdu. Mehmanxana Nyu-Yorkda yerləşən ilk yer idi ki, ABŞ Tarixi Yerlərin Milli Reyestrinə əlavə olunmuşdur (1977-ci il).

2008-ci ildə Kann Film Festivalında Abel Ferraranın Çelsi hoteli və qonaqları haqqında çəkdiyi sənədli filmin premyerası baş tutmuşdur[1].

Məşhur qonaqları

  • hotelin otaqlarında Mark Tven[2], O. Henri[2], Dieqo Rivera ilə Frida Kalo, Jan Pol Sartr, Edit Piaf kimi məşhurlar qalmışdılar.
  • Gəmi dokların yaxınlığı səbəbindən açılışdan sonra hotelin əsas müştəriləri qızlarla əylənmək istəyən dənizçilər idi və 1912-ci ildə "Titanik" in sağ qalan sərnişinləri məhz burada məskunlaşdırılmışdılar.
  • Artur Klarkın 2001:Kosmik odisseya romanını burada yazmışdır.[3] and poets Allen Ginsberg[4]. Şairlər Allen Qinzberq[4]Qreqori Korso fəlsəfi və bədii mübadilə etmək üçün bu yeri seçmişdilər.
  • Şair Dilan Tomas 18 porsiya viski içdikdən sonra 205-ci otaqda özünü pis hiss elədi; xəstəxanaya çatdırıldı və orada öldü[4].
  • hotelin adı bir çox mahnılarda keçir, o cümlədən "Chelsea hotel #2" (Leonard Koenin Cenis Coplinilə hotel otağında sevişməsi barədə ballada[4][5]) və "Chelsea Morning" (Coni Mitçellin 1969-cu ildə yazdığı mahnı, hansı ki Cudi Kollinz tərəfindən də ifa olunmuşdur)
  • Dövrünün təsdiq edilmiş ən uzunömürlü insanı rəssam Alfius Koul 112 yaşında burada vəfat etmişdir, o ana qədər burada 35 il yaşamışdır.[6]

İstinadlar

  1. "Kinonun rəsmi saytı". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  2. Chamberlain, Lisa. "Change at the Chelsea, Shelter of the Arts". The New York Times. June 19, 2007. İstifadə tarixi: December 16, 2007. For six decades the Bard family has managed the hotel Chelsea, overseeing a bohemian enclave that has been a long-term home for writers, artists and musicians including Mark Twain, O. Henry, Tennessee Williams, Dylan Thomas, Andy Warhol, and Sid Vicious and Nancy Spungen.
  3. "Famous residents of the Chelsea hotel" Arxivləşdirilib 2023-10-21 at the Wayback Machine, The Telegraph (London), August 2, 2011
  4. "The 10 best Chelsea hotel moments" by Hermione Hoby, The Guardian, December 19, 2010
  5. "How Leonard Cohen Met Janis Joplin: Inside Legendary Chelsea hotel Encounter" by Jordan Runtagh, Rolling Stone, November 14, 2016
  6. Kimmelman, Michael. "Alphaeus Cole, a Portraitist, 112". The New York Times. November 26, 1988. March 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2007.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.