Çelsi FK
Çelsi FK (ing. Chelsea Football Club) — 1905-ci ildə qurulan ingilis futbol klubu. Klubun prezidenti Roman Abramoviç, baş məşqçisi isə Frenk Lemparddır. Klub 2007/2008 mövsümü UEFA Çempionlar Liqasında finalda Mançester Yunayted ilə qarşılaşmış və oyunun əsas vaxtı 1-1 hesabı ilə başa çatmışdır. Penaltilərdə 6-7 hesabı ilə məğlub olan "Çelsi" tarixində ilk dəfə UEFA Çempionlar Liqası qalibi adını qazanmaq imkanını əldən vermişdi. 2009/2010 mövsümündə İngiltərə Premyer Liqasında çempion olan "Çelsi" 2011/2012 mövsümündə UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəlmişdir. Finaldakı rəqibi Bayern Münhen ilə əsas vaxtda 1-1 oynayan klub penalti zərbələrini daha uğurla yerinə yetirərək turnirin qalibi olmuşdur. İngiltərənin ən titullu klubu Manchester Uniteddir (70titul)
Çelsi FK | ||||
---|---|---|---|---|
![]() | ||||
Klubun tam adı | Çelsi Futbol Klubu | |||
Ölkə |
![]() |
|||
Ləqəb(lər) | The Blues, The Pensioners[1] | |||
Rəng(lər) | Mavi - Ağ | |||
Yaranma tarixi | 10 mart, 1905 | |||
Stadionu | Stemford Bric | |||
Tutumu | 42,449 | |||
Prezidenti |
![]() |
|||
Baş məşqçisi |
![]() |
|||
Liqa | İngiltərə Premyer Liqası | |||
2018/2019 | 3 | |||
| ||||
Rəsmi saytı | ||||
![]() |
Emblem
"Çelsi"nin 1905-ci ildə yaradılan emblemi bir məmurun və klubun adının kombinasiyasından ibarət idi. Buna görə də klubun ləqəbi The Pensioners (Məmurlar) idi. 1953 ilə qədər bu emblem "Çelsi"nin formasını bəzəmişdir. Ted Dreyk 1952-ci ildə klubun emblemini dəyişdirdi. 1953-cü ilə qədər bu emblem C.F.C. şəklində idi. 1953-cü ildə emblemin ortasında əlində deynək tutmuş mavi şir təsvir olundu. 1986-cı ildə klub rəhbərliyi yenidən klubun emblemini dəyişdirmək qərarına gəlir. Bu emblemdə də şir təsvir edilir, ancaq bu dəfə şir bir qədər daha aydın nəzərə çarpır. Və onun yanında C.F.C hərfləri yazılır. 100-cü ilində klub növbəti dəfə emblemini dəyişdi. Emblemdə bu dəfə də mavi rəngli şir təsvir edildi, ancaq onun yanında "Chelsea Football Club" yazısı yazıldı.
![]() | ![]() | ![]() |
Uğurları

- İngiltərə Premyer Liqası – 1954/1955, 2004/2005, 2005/2006, 2009/2010, 2014/15, 2016/2017
- İngiltərə 2-ci liqası – 1983/1984, 1988/1989
- Federasiya Kuboku – 1969/1970, 1996/1997, 1999/2000, 2006/2007, 2008/2009, 2009/2010, 2011/2012, 2018/19
- İngiltərə Liqa Kuboku – 1964/1965, 1996/1997, 2004/2005, 2006/2007
- İngiltərə Super Kuboku – 1999/2000, 2004/2005
- UEFA Çempionlar Liqası - 2011/2012
- UEFA Avropa Liqası - 2012/2013, 2018/2019
Sponsor müqavilələri
Dünyada bütün futbol klubları öz büdcəsini zənginləşdirmək üçün sponsorlar ilə müqavilə imzalayır. Əvəzində isə qarşı tərəfi dünyaya tanıdır. Klubların reytinqinə və tanınmasına əsasən onun sponsor və partnyorları da daha güclü, varlı bir şirkət olur. Bəzi klub sahibləri var ki, komandasını öz şirkəti sayəsində tanıdır. Misal kimi "Çelsi"ni göstərmək olar. Klubun sahibi olan rusiyalı milyarder Roman Abramoviç neft yataqlarından çıxan qara qızılını bir şirkət adı altında "Zadəganlar"ın əsas reklam özəyi kimi istifadə edir. Abramoviçin komandasının digər əsas sponsorları isə dünyanın ən məşhur idman malları və geyimləri istehsalçısı “Adidas” şirkətidir. Müəsisə Almaniyanın ən böyük sənaye şirkətlərindən biridir. Şirkətin 2008-ci ildəki gəliri rekordları aşmışdır. Özünün ən uğurlu ilini yaşayan “Adidas” nə az, nə çox 10.8 milyard avro qazanmışdır. Şirkətin "Çelsi" ilə müqaviləsi uzunmüddətli imzalanıb. Razılaşmaya əsasən 300 milyon avro qarşılığında “Adidas” şirkəti 10 il ərzində "Çelsi"yə sponsorluq edəcək. Sponsor olaraq komandanın geyimlərini də hazırlayır. Bu razılaşma ötən il baş tutmuşdu. Müqavilədən sonra "Çelsi" İngiltərə Premyer Liqasının ən bahalı sponsor müqaviləsini imzalamış oldu. Komandanın digər sponsoru Cənubi Koreyanın "Samsung" şirkətidir. Dünya bazarında yeni texnologiyaları ilə seçilən "Samsung" londonlular ilə yalnız forma üzərindəki reklama 16 milyon avro xərcləyir. Əlavə olaraq Çempionlar Liqası oyunlarında da bonuslar gəlir. Komandanın digər nəhəng sponsorları "Gazprom", "Delta", "Audi", "EA Sports", "Singa"dır. Digər sponsorlar isə bunlara nisbətən çox da məşhur deyil. Ümumilikdə isə klubun 29 şirkət ilə sponsor müqaviləsi var.
Heyəti
2016/2017 •1.Kepa Arrizabalaga •2.Emerson Palmieri •3.Markos Alonso •4.Sesk Fabreqas •5.David Luiz •7.N`qolo Kante •8.Mateo Kovaçiç •10.Eden Hazar •11.Pedro Rodrigez •12.Roz Bərkli •13.Caballero •14.Ruben Loftus-Çek •15.Viktor Mozes •19.Alvaro Morata •21.Olivier Giroud •22.Villian Dos Santos •23.Miki Batşuayi •24.Qari Kehil •26.Con Terri •28.Sezar Azpilikueta •29.Çarli Musonda •30.Ola Aina
Stemford Bric

"Çelsi"nin ev oyunlarını keçirdiyi Stemford Bric stadionu 1899-cu ildə tikilmiş və elə həmin il də istifadəyə verilmişdir. Stadionda ən çox tamaşaçı - 82 905 nəfər 12 noyabr 1935-ci ildə "Arsenal" ilə oyunda olmuşdur.
Xarici keçidlər
- [2]"Çelsi"nin rəsmi saytı
- Çelsi Futbol Klub
- Welcome to the CSR
- Uefa Çelsi Profil
- Chelseamegastore.com
- Chelseafcauctions.com Arxivləşdirilib 2017-09-16 at the Wayback Machine
- Çelsi Profil Premierleague.comArxivləşdirilib 2012-05-07 at the Wayback Machine
- Chelseafcforums.com Arxivləşdirilib 2019-06-22 at the Wayback Machine
- Chelseafcyears.com
- Chelseamegastoreusa.com Arxivləşdirilib 2009-03-18 at the Wayback Machine
- Chelsea.com
- Chelseanews.com
- Chelseadailynews.com Arxivləşdirilib 2009-01-26 at the Wayback Machine
- Chelseafctours.com