Çelesta

Pianonu xatırladan klavişlə çalınan zərb alətidir. 1886-cı ildə Parisdə D. Mustel tərəfindən yaradılmış. Çelesta fortepiano mexanizminə əsaslanır. Metal lövhəciklərdən ibarət klavişlərə kiçik cəkiclərlə vurğu nəticəsində çox incə, cingiltili səs yaranır. Onun tembri arfanın tembrinə yaxındır. Diapazonu birinci oktavanın do notundan başlayaraq dörd oktava həcmindədir. Partiyası əsasən skripka açarında yazılır. Çelestanı orkestrin tərkibinə daxil edən ilk bəstəkarlardan biri P. Çaykoviski olmuşdur. Şelkunçik baletində çelestadan istifadə etmişdir. Bu aləti fransız bəstəkarlardan Klod Debüssi və Moris Ravel öz əsərlərində xüsusi zəriflik, incə və böyük zövqlə istifadə edirdilər. Orkestrdə çelestanı adətən pianoçu ifa edir[1].

Mustel c\çelesta mexanizmi
Çelesta
Hornbostel–Zaks təsnifatı 111.222
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.