Çekmaquşev rayonu
Çekmaquşev rayonu (başq. Саҡмағош районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Çekmaquşev kəndidir.
Rayon | |||||
Çekmaquşev rayonu | |||||
---|---|---|---|---|---|
Саҡмағош районы | |||||
|
|||||
55°08′28″ şm. e. 54°39′00″ ş. u. |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 1.692 km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34796 | ||||
Poçt indeksi | 4532ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi yerləşməsi
Başqırdıstanın şimal-qərbində, Ufa şəhərindən 111 km aralıda yerləşir. Rayonun ərazisi 1692 km² təşkil edir. İqlimi mülayim kontinental, isti, azmaz isə quraqdır. dır. Rütübət çatışmazlığı ilə seçilir. Ərazisindən Baza çayı başlayır. Ərazisi üçün qara, tünd boz və boz meşə torpaqları xarakterikdir. Meşələr ərazisinin 19,9 % əhatə edir. Ərazisində neft, kərpic gili, tikinti daşı, qum, əhəng daşı, agronom filizləri çıxarılır.
Tarix
Çekmaquşev rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Əhali
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Duvan rayonu ərazisin milli tərkibi: tatarlar — 62,8 %, başqırdlar — 30,7 %, çuvaşlar — 3,1 %, ruslar — 2,1 %, digər millər — 1,3 %[2].
İnzibati-ətazi vahidləri
13 kənd inzibati vahidliyinə 78 yaşayış məntəqəsi daxildir[3]
İqtisadiyyat
Kənd təsərrüfatı üzrə iftisaslaşmış rayondur. Ərazisinin 136,9 min ha kənd təsərrüfatına cəlb olunmuşdur. 29,6 min ərazi otlaq sahələridir. Regionun ixtisaslaşması: taxıl, şəkər çuğunduru və günəbaxan əkilməsi, donuz və qoyun yetişdirilməsi.
Nəqliyyat
Ərazisindən Kuşnarenkovo — Bakalı və Dyurtyuli — Buzdyak yolu keçir. Sərt səthli avtomobil yollarının uzunluğu 500 km-ə çatır, onlardan 160 km asfalt örtüklüdür.
Sosial sfera
Rayon ərazisində 58 ümumtəhsil mərkəzi, 18 orta məktəb, peşə uçilişi, 29 kütləvi kitabxana, 56 klub, mərkəzi və 2 xəstəxana fəaliyyət göstərir. Uşaq incəsənət məktəbi, uşaq yaradıcılığı evi, uşaq və gənclər idman məktəbi, mərkəzi kitabxana və yerli tarixi muzeyi var. Başqırd dilində "Sakmaqoş satkıları" və tatar dilində "İqence" qəzetləri nəşr olunur. Həftədə 2 dəfə yayımlanan yerli televiziya " Çekmaquş TV" fəaliyyət gösdtərir.
Tanınmış şəxsləri
- Salih Qilimxanoviç Batıev — Tatar MSSR Ali Sovetinin Rəyasət Heyətinin sədri (1960–1983), RSFSR Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini.
- Kanzəfər Usayev — Emelyan İvanoviç Puqaçyov və Salavat Yulaevin yoldaşı.
- İlfak Musinoviç Smakov — Başqırd müğənnisi, RSFSR əməkdar artisti, Başqırd MSSR xalq artisti.
- Vaxit Qazimoviç Qalimov — Sovet İttifaqı Qəhrəmanı.
- Vazik Muhametşinoviç İsxakov — yazıçı.
- Qabdraxman Xakimoviç Latıpov — Sovet İttifaqı Qəhrəmanı.
- Giləmdar Zigandaroviç Ramazanov — yazıçı.
- Zinnat İbyatoviç Muratov — Sovet İttifaqının Tatar Regional Komitəsinin birinci katibi (dekabr 1944 — oktyabr 1957).
- Radner Ziryatoviç Muratov — Sovet aktyoru, RSFSR əməkdar artisti.
Mənbə
- Çekmaquşev rayonu administrasiyası Arxivləşdirilib 2017-01-27 at the Wayback Machine
İstinadlar
- Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
- "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
- "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населенных пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.