Çebi xaqan
Çebi xaqan (əsl adı Aşina Hubo 阿史那斛勃, taxt adı İçün Çebi xaqan 乙注車鼻可汗) — Göytürk xaqanı.
Çebi xaqan | |
---|---|
車鼻可汗 | |
Şərqi Göytürk xaqanlığının VI xanı, Heşun və Xuayxuay şahzadəsi | |
645 – 650 | |
Əvvəlki | Kilibi xaqan |
Sonrakı | Aşina Nişufu |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | ? |
Uşaqları |
Aşina Şabulo Aşina Çebi Aşina Cieman |
Dini | Tenqriçilik |
Hakimiyyəti
İllig xaqanın ölümündən sonra Seyanto xanlığına tabe olmuşdu. Lakin Seyanto Çebini öldürməyə cəhd etdikdə öz ordusunu toplayaraq Altay dağlarının şimalına çəkildi və özünü müstəqil xaqan elan etdi.
646-cı ildə Uyğur və Tan sülaləsi orduları Seyanto xanlığını dağıdandan sonra xaqan oğlu Aşina Şabulonu imperatoru qonaqlığa dəvət etmək üçün göndərdi. Lakin elçilər xaqanın yanına gələndə xaqanın belə bir istəyi olmadığını gördülər. Baş komandan Aşina Cieman qardaşı əvəzinə oğlu Aşina Anşuonu göndərdi. İmperatorun elçiləri Qarluqlarla birləşib xaqanı öldürmək istəsələr də xaqan işin üstünü açdı. Elçilər Aşina Çebi tərəfindən öldürüldü.
Ölümü
Buna əsəbləşən imperator Qao Kan adlı generalı xaqana qarşı göndərdi. Uyğurlardan kömək alan Çinlilər Türk torpaqlarına girən kimi Aşina Cieman təslim oldu. O paytaxta göndərildi və həyatı bağışlandı. Ölümü ilə bağlı məlumat yoxdur. Onun əsir olunmasından sonra Türk torpaqlarında xaqanlıq sistemi ləğv edildi.
Övladları
- İşbara Tigin (阿史那沙鉢羅) — 647-ci ildə Çinə səfir getmişdi.
- Çebi Tigin (陟苾特勒) — 650-ci ildə öldürülmüşdür.
- Cieman Tigin (羯漫陀)
- Aşina Anşuo (阿史那菴鑠)