Çeşməli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd.[3]
Çeşməli | |
---|---|
40°41′40″ şm. e. 45°33′52″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6021[2] |
|
Toponimikası
1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə)[4] kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir.[5]
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir.
Əhalisi
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 542 | 285 | 257 |
2009[7] | ↘508 | ↘262 | ↘246 |
Şəhidləri
- Bədəlov Oqtay Ələddin oğlu (1984–2020)[8] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Tağıyev Elşən Şamil oğlu (1974–2009).
- Həsənov Ceyhun Aydın oğlu (1985–2020) ― İkinci Qarabağ müharibəsi şəhidi.
İqtisadiyyatı
Kənd əhalisi təsərrüfat, əkinçilik və maldarlıqla məşğuldur. Kənd təsərrüfatında əsasən kartof əkini ilə məşğul olan yerli əhali, məhsullarının satışını yerli bazarlar ilə yanaşı Rusiya və Ukrayna kimi ölkələrdə də edirlər. Əlverişli şərait və məhsuldar torpağın olması, əkinçilik sahəsində əhəmiyyətli yer tutur. Həmçinin arıçılıq və son illərdə tütünçülük kimi fəaliyyət növləri də kəndin iqtisadi yaşamında önəmli rol oynayır.
Mədəniyyəti
Kənddə Çeşməli kənd kitabxana filialı,[9] Çeşməli kənd klubu,[10] Çeşməli poçt şöbəsi (AZ6021)[11] fəaliyyət göstərir.
Kənddə telefon qovşağı, kənd bələdiyyəsi, Tovuz rayon icra hakimiyyəti nümayəndəliyi fəaliyyət göstərir.
Təhsil
Kənddə Məstan Novruzov adına Çeşməli kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13] Məktəb şəhid Məstan Novruzovun adını daşıyır. Məktəbin qarşısında şəhidin xatirəsinə abidə ucaldılmışdır.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Çeşməli həkim məntəqəsi yerləşir.[14]
İstinadlar
- http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
- https://www.e-gov.az/az/services/readwidenew/3544.
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-30.
- "Arxivlənmiş surət". 2015-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-03.
- Çeşməli (Tovuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 134. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 158.
- "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 211". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- "Vətən müharibəsi şəhidi Bədəlov Oqtay Ələddin oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-26.
- Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)
- "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
Xarici keçidlər