Çeçenistan Elmlər Akademiyası

Çeçenistan Elmlər Akademiyası (rus. Академия наук Чеченской Республики, çeç. Нохчийн Республикин Ӏилманийн академи[1]) — Çeçenistanda yerləşən elmi tədqiqat mərkəzidir.

Çeçenistan Elmlər Akademiyası
()
Нохчийн Республикин Ӏилманийн академи
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1992
Digər məlumatlar
İşçi sayı
  • 16 nəf.
  • 13 nəf.
  • 37 nəf.
  • 58 nəf.
Ünvan Нохчийн Республика, Соьлжа-ГӀала, Эсамбаеван цӀе йолу проспект, 13
Sayt anchr.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Çeçenistan Elmlər Akademiyası 1992-ci ildə qurulmuşdur. İlk prezidenti kimya üzrə elmlər doktoru, professorRusiya Federasiyasının əməkdar elm xadimi Həmzat İbrahimov olmuşdur. Akademiyanın ilk vitse-prezidenti Qafqaz üzrə tarix elmləri doktoru Cəbrail Qakayev olmuşdur.

Akademiya qurulduqdan dərhal sonra regiondakı şərait, həmçinin elm və təhsil mühiti səbəbindən ciddi problemlərlə üzləşdi. Vəziyyət Çeçenistanın müstəqillik əldə etmək və Rusiyadan ayrılmaq istəməsi səbəbindən pisləşmişdi. Həmçinin bu dövrdə başlayan Birinciİkinci çeçen müharibəsi elm və təhsil sahəsindəki vəziyyətin daha da pisləşməsinə, maddi vasitələrin zədələnməsinə, elmi və pedaqoji fəaliyyətlə məşğul olan işçilərin əhəmiyyətli bir hissəsinin itirilməsinə və kitabxana fondlarının məhv edilməsinə səbəb oldu.

Əhməd Kadırov 2000-ci ildə ölkə rəhbərliyinə gəldikdən sonra bölgədəki elmi ictimaiyyətin nümayəndələri ilə görüş keçirdi. İclasda döyüşlər zamanı dağılmış köhnə binanın yenidən təmiri, Çeçenistan Elmlər Akademiyası üçün yeni bir binanın inşası və alimlərin yeni elmi işlərinin nəşr edilməsi üçün vəsait ayrıldı.[2]

2006-cı ilin iyul ayında Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki, professor İbrahimovun ölümündən sonra Şahruddin Qapurov Çeçenistan Elmlər Akademiyasının yeni rəhbəri seçildi.

Hazırda Akademiyada 16 həqiqi üzv, 13 müxbir üzv, 37 doktor və 58 elmlər namizədi çalışır.[3] Onların elmi işlərinin nəticələri İngiltərə, Almaniya, İtaliya, Çin, PolşaABŞ-də yayımlanır. 2006-cı ildən bəri akademiyada monoqrafiyalar, dərsliklər, məqalələr və materiallar toplusu daxil olmaqla ümumilikdə 500-dən çox kitab nəşr edilmişdir.

Struktur

Çeçenistan Elmlər Akademiyası aşağıdakı elmi şöbələrə bölünür:

  • Humanitar Tədqiqatlar İnstitutu (direktoru: Tarix elmləri namizədi, professor S. Maqamadov).
  • Materialşünaslıq Problemləri Mərkəzi (direktoru: Fizika-riyaziyyat elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki R. Dadaşev).
  • Çeçenistan Elmlər Akademiyası Rəyasət Heyətinin şöbələri:
    • Biologiya və ekologiya şöbəsi (elmi rəhbəri: Biologiya elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki M. Umarov).
    • Yer elmləri şöbəsi (elmi rəhbəri: Fizika-riyaziyyat elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki I. Kərimov).
    • Tibb şöbəsi (elmi rəhbəri: Tibb elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki S. Aisxanov).

İstinadlar

  1. "Республикин тегӀанехь Iилманан а, практически а конференци 19.11.2019". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  2. "Академии наук Чеченской Республики 20 лет". 2014-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-09.
  3. Академия наук Чеченской Республики Академия наук Чеченской Республики. "Члены Академии" (rus). 2020-11-06 tarixində arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.