Çeçenistanın Qəlbi
Əhməd Kadırov adına "Çeçenistanın Qəlbi" məscidi (Çeçen. Маьждиг «Нохчийчоьнан дог» Кадыров Ахьмадан цӀарах дина маьждиг) XXI əsrdə Rusiya və Avropanın ən böyük yerlərindən biri olan Qroznı şəhərinin mərkəzində inşa edilmişdir. [1]Məscidin inşasına 2006-cı ilin aprel ayında başlanılmış və 2008-ci ilin oktyabrında başa çatmışdır.[2]
Çeçenistanın Qəlbi | |
---|---|
«Нохчийчоьнан дог» Кадыров Ахьмадан цӀарах дина маьждиг | |
Ölkə | |
Üslubu | Osmanlı memarlığı |
|
|
Saytı | |
serdce-chechni.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Qısa məlumatlar
"Çeçenistanın Qəlbi" məscidi dünyanın ən böyük məscidlərindən biridir. 17 oktyabr 2008-ci ildə açılmış və tanınmamış Çeçen İçkeriya Respublikası və Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Abdulhəmidoviç Kadırovun adını daşıyır. Məscid Sunja çayının mənzərəli sahilində, nəhəng parkın ortasında yerləşir və məsciddən əlavə Hacı Kuntanın adına olan Rusiya İslam Universiteti və Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin də daxil olduğu İslam kompleksinin bir hissəsidir. Məscid klassik Osmanlı üslubunda tikilmişdir. Məscidin mərkəzi salonu nəhəng günbəz ilə örtülmüşdür (diametri - 16 m, hündürlüyü - 32 m). Hər biri 63 metr olan dörd minarənin hündürlüyü Rusiyanın cənubundakı ən yüksək minarələrdən biridir. Məscidin xarici və daxili divarları travertin mərmər, daxili hissəsi ağ mərmərlə bəzədilmişdir. Məscidin sahəsi 5000 kvadratmetr, tutumu isə 10 min nəfərdən çoxdur.[3]
Xüsusiyyətləri
İstanbuldakı Göy Məscid memarlığın əsası olaraq istifadə edilmişdir. Məscidin inşası zamanı ən son texnologiyalar tətbiq edilmişdir. Məscidin xarici və daxili divarları mərmər - travertin ilə bəzədilib, Türkiyədən olan ustalar məscidi rəngləmişlər. Nümunə üçün xüsusi əlavələr olan sintetik və təbii boyalardan istifadə edilmişdir (naxışlar ənənəvi çeçen naxışları üslubunda hazırlanmışdır). Qurandan nümunələr və ayələr (mətnlər) yazmaq üçün ustalar ən yüksək dərəcəli qızıl tozundan istifadə etmişlər.
Məsciddə 36 çilçıraq var. Bu çılçıraqlar formalarına görə İslamda üç ziyarətgahı xatırladır – 27-si Qüdsdəki Qübbətüs-Səhra məscidini, 8-i Mədinədəki Rovzatu-Nevevi məscidindin modelini və ən böyük, 8 metr uzunluğundakı isə Məkkədəki Kəbə ziyarətgahındakı çilçıraq formasını təkrarlayır.[4]
Çilçıraqlar, Türkiyənin USTUN AVIZE şirkəti tərəfindən Swarovski kristallarından hazırlanmışdır.[5]
İstinadlar
- "Мечеть «Сердце Чечни» имени Ахмата Кадырова". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- "Мечеть «Сердце Чечни» украшена золотом и кристаллами Swarovski". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- Емельянова, Светлана.Мечеть «Сердце Чечни» стала лидером «России 10» Arxivləşdirilib 2021-11-30 at the Wayback MachineРоссийская газета (14 августа 2013).
- "Самая большая мечеть в Европе «Сердце Чечни» открылась в Грозном". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- "Мечеть «Сердце Чечни» украшена золотом и кристаллами Swarovski — Росбалт.ру". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.