Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası

Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası[lower-alpha 1][lower-alpha 2] və ya Çeçen-İnquş MSSRRusiya SFSR-yə daxil olan muxtar respublika. Paytaxtı Qroznı şəhəriydi.

Tarixi dövlət
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası
inquş Нохч-ГӀалгӀай Автономе Советий Социализма Республика
Bayraq Gerb
Bayraq Gerb

Paytaxt Qroznı
Ərazisi
  • 19.300 km²
Əhalisi
  • 1.275.513 nəf. (1989)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1989-cu il siyahıyaalmasına görə respublikanın ərazisi 19.300 km² , əhalisi isə 1.275.513 nəfərdir: 734,500 çeçen, 163,800 inquş, qalanları rus və digər etnik qruplardır.[2]

Tarixi

Rusiya İmperiyası

1810-cu ildə İnquşetiya könüllü olaraq Rusiya İmperiyasının tərkibinə qatıldı. 1859-cu ildə tarixi Çeçenistan torpaqları da, uzun müddətli Qafqaz müharibəsi (1817-64) zamanı Rusiyaya ilhaq edildi.

Sovet dövrü

1917-ci il Rusiya inqilabından sonra, 20 yanvar 1921-ci ildə Çeçenistan və İnquşetiya Dağ Sovet Respublikasına qoşuldu. Dağ MSSR-nin parçalanması yarandıqdan qısa müddət sonra başladı və Çeçen rayonu 30 noyabr 1922-ci ildə Çeçen Muxtar Vilayəti olaraq ayrıldı. 7 iyul 1924-cü ildə Dağ MSSR-nin qalıqları Şimali Osetiya Muxtar Vilayətinə və İnquş Muxtar Vilayətinə bölündü. 15 yanvar 1934-cü ildə Çeçen və İnquş Muxtar Vilayətləri 5 dekabr 1936-cı ildə Çeçen-İnquş MSSR-də birləşdirildi.[3].

İkinci dünya müharibəsi

40.000 çeçenin Qızıl Orduda döyüşdü İkinci Dünya müharibəsi dövründə, 1942-43-cü illərdə respublika qismən Nasist Almaniya tərəfindən işğal edildi. 3 mart 1944-cü ildə İosif Stalinin əmri ilə işğalçılarla əməkdaşlıq və separatizm ittihamları ilə respublika ləğv edildi və əhalisi zorla deportasiya edildi. Bölgədəki yer adları ruslaşdırıldı, MSSR-nin ərazisi Stavropol diyarı (Qroznı dairəsinin yarandığı yer),[4] Dağıstan MSSR, Şimali Osetiya MSSRGürcüstan SSR arasında bölüşdürüldü.

Müharibədən sonra

9 yanvar 1957-ci ildə Nikita Xruşşov tərəfindən respublika bərpa edildi. Sürgündə olan çeçen və inquşlar öz torpaqlarına qayıda bildilər.[5][6]

1990-cı ilin noyabrında respublika öz suverenliyini elan etdi.[7] 1991-ci ilin mayında müstəqil Çeçen-İnquş Respublikası təsis edilsə də,[8] sonradan müstəqil Çeçenistan Respublikasıİnquşetiya Respublikası olaraq bölündü.[9]. Bu gün hər ikisi Rusiyanın federal subyektləridir.

Əhali

Çeçen-İnquş MSSR-nin əhali sayı müxtəlif onilliklərdə:

İlƏhali, nəf.Tarix
1939697 009[10]1939 siyahıyaalınması
1959710 424[11]1959 siyahıyaalınması
19701 064 471[12]1970 siyahıyaalınması
19791 153 450[13]1979 siyahıyaalınması
19891 275 513[2]1989 siyahıyaalınması

Çeçen-İnquş MSSR-nin milli tərkibi:[14]

Millət 1959, min. nəf.[15] 1970, min. nəf.[16] 1979, min. nəf.[17] 1989, min. nəf.[18]
çeçenlər 244,0 (34,3 %) 508,9 (47,8 %) 611,4 (52,9 %) 734,5 (57,8 %)
ruslar 348,3 (49,0 %) 367,0 (34,5 %) 336,0 (29,1 %) 293,8 (23,1 %)
inquşlar 48,3 (6,8 %) 113,7 (12,0 %) 134,7 (11,7 %) 163,8 (12,9 %)
ermənilər 13,2 (1,9 %) 14,5 (1,4 %) 14,6 (1,3 %) 14,8 (1,2 %)
ukraynalılar 13,7 (1,9 %) 12,7 (1,2 %) 12,0 (1,0 %) 12,6 (1,0 %)

Həmçinin bax

Qeydlər

  1. çeç. Нохч-ГІалгІайн Автономнин Советски Социалистически Республика, translit. Noxç-Ġalġayn Avtonomnin Sovetski Socialistiçeski Respublika
  2. rus. Чече́но-Ингу́шская Автономная Советская Социалистическая Республика, translit. Čečeno-Ingušskaja Avtonomnaja Sovetskaja Socialističeskaja Respublika

İstinadlar

  1. http://demoscope.ru/weekly/ssp/rus89_reg1.php.
  2. "Всесоюзная перепись населения 1989 г." 2011-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-10.
  3. "Краткая справка об административно-территориальных изменениях Ставропольского края за 1920—1992 гг". 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  4. "ИНГУШЕТИЯ.РУ История". 2014-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  5. "Указ Президиума ВС СССР от 09.01.1957". 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  6. "УКАЗ ПРЕЗИДИУМА ВС РСФСР ОТ 09.01.1957 N 721/4 О ВОССТАНОВЛЕНИИ ЧЕЧЕНО-ИНГУШСКОЙ АССР И УПРАЗДНЕНИИ ГРОЗНЕНСКОЙ ОБЛАСТИ". 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  7. "Декларация о государственном суверенитете Чечено-Ингушской республики". 2019-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  8. "Закон РСФСР от 24 мая 1991 года «Об изменениях и дополнениях Конституции (Основного Закона) РСФСР»". 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  9. "Конституция СССР в редакции от 26 декабря 1990 г." 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  10. "Всесоюзная перепись населения 1939 г." 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-10.
  11. "Всесоюзная перепись населения 1959 г." 2011-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-10.
  12. "Всесоюзная перепись населения 1970 г." 2011-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-10.
  13. "Всесоюзная перепись населения 1979 г." 2011-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-10.
  14. "население чечни". 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  15. "Sovetlərin siyahıyalınması 1959-cu il. Əhalinin milli tərkibi". 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  16. "Sovetlərin siyahıyalınması 1970-cu il. Əhalinin milli tərkibi". 2012-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  17. "Sovetlərin siyahıyalınması 1979-cu il. Əhalinin milli tərkibi". 2012-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
  18. "Sovetlərin siyahıyalınması 1989-cu il. Əhalinin milli tərkibi". 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.