Çayqovuşan (Oğuz)

Çayqovuşan (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Çayqovuşan kəndi adlandırılmışdır.[1]

Çayqovuşan
40°47′35″ şm. e. 47°34′49″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 111 nəf.
Çayqovuşan xəritədə
Çayqovuşan
Çayqovuşan

Tarixi

Rayon mərkəzindən 45 km cənubda, Türyançayın sağ sahilində, Astraxanovka kəndinin şərqində yerləşir. Böyük Söyüdlü İnzibati Ərazi Dairəsinə daxildir. Kəndi Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus kəndliləri 1891-ci ildə salmışlar[2]. "Vladimir" – rus şəxs adı (knyaz Vladimir və s), " o v – k – a" rus dilində mənsubiyyət bildirən şəkilçidir. "Vladimirovka"– " V l a d i m i r ə m ə x s u s" anlamındadır. Zaman keçdikcə, rus millətinə mənsub olanlar kənddən köçüb getmiş, ad qalmışdır. Kəndin əhalisi (167 nəfər) heyvandarlıq və taxılçılıqla məşğul olur. Kənddə 1 telefon var. Oğuz-Qarabulaq avtobus marşrutu Vladimirovkanın 1 kilometrliyindən keçir.

Toponimikası

Oğuz r-nunun Böyük Söyüdlü i.ə.v.-də kənd. Düzənlikdədir. Kənddə XIX əsrdə Rusiyanın Vladimir vilayətindən köçürülmüş ruslar məskunlaşdığı üçün belə adlandmlmışdır.

Əhalisi

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 111 nəfər əhali yaşayır.[3]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.