Çay Rəsullu
Çay Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Çay Rəsullu | |
---|---|
40°40′48″ şm. e. 45°27′31″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.422 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 927 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2137[1] |
|
Toponimikası
Çay Rəsullu oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Axınca çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 19-cu əsrin birinci yarısında Abşerondan və Şamaxı şəhərindən gələn köçkünlər yaratmışlar. İlk əsası Alı adlı bir qoca və onun beş oğlu tərəfindən qoyulan Cay Rəsullu və Bəydəmirli kəndləri sonralar ətraf kəndlərin məskunlaşmasında böyük rol oynamışlar. Oykonim çay və Rəsullu (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Rəsullu kəndi" mənasındadır.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır.[3]
Tanınmış şəxsləri
- Mərhum İsmayılov Fərhad - görkəmli ziyalı;
- Mərhum Qəhrəmanov İlyas - müxtəlif yüksək vəzifələrdə işləmiş ziyalı;
- Şair Cəfər;
- Habil şınıxlı - görkəmli musiqiçi, bəstəkar
- Quliyev Cahangir - ustad aşıq
- Quliyev Qəzənfər
- Nazim Bəydəmirli — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[4] deputatı. İqtisad elmləri namizədi.
- Sənan Quliyev - ustad aşıq
- Xaliq Azadi Məmmədov
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.