Çaxoxbili
Ərzaqlar
6-8 porsiya üçün nəzərdə tutulub
- 2 qaşıq ərimiş kərə yağı və ya duru yağ
- 1 toyuq (təxminən 1 kg 500 q) - 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm)
- 4 ədəd orda boy soğan - doğrayın
- 8 ədəd orta boy pomidor - soyun və iri-iri doğrayın
- 3 diş sarımsaq - soyun və xırda-xırda doğrayın
- təxminən yarım stəkan doğranmış göyərti qarışığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
- bir çimdik qırmızı acı toz-bibər (zəruri deyil, mən istifadə etmirəm)
- duz
- istiot
Hazırlanma qaydası
- Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.
- Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.
- Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.
Mənbə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.