Çaxırlı (Göyçay)

Çaxırlı kəndi - Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı  inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Şilyan çayının sağ sahilində, rayonoun Ucarla həmsərhəd ərazisində, Şirvan düzündə yerləşən kənd.

Çaxırlı
40°30′12″ şm. e. 47°50′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Çaxırlı xəritədə
Çaxırlı
Çaxırlı

Əhalisi

Əhalisinin sayı 3259  (2009) nəfərdir.[1]

Məşğuliyyəti

Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, və bağçılıqla məşğul olur.

Toponomikası

A.Bakıxanovun qeyd etdiyinə görə, bu kəndin adı oğuz türklərindən olan çəkərli (çakar, çakır, caxır, çaxırlı) tayfasının adı ilə əlaqədardır. Çəkərlilər eramızın əvvəllərində Şimalı Qafqazda yaşamış türkdlli, türkmənşəli bulqarların çakar tayfasından təşəkkül tapmışlar. Çakar tayfasının müəyyən hissəsi erkən orta əsrlərdə Azərbaycana gələrək burada məskunlaşmışdır.[2]

Tapperin Şahsevənlər haqqında tarixi araşdırmaları göstərir ki, Çaxırlı kəndinin adı Çakurlu və ya Cagirlu adlı tayfadan gəlir. Bu müəllifin fikrincə onlar uzaq keçmişdə kürd əsilli olub türkləşmiş tayfadır, lakin bunun üçün ciddi bir tarixi fakt ortaya qoymur. Şahsevən tayfalarından fərqli olaraq Cagirlu tayfası Muğan ərazisində ta 15-ci əsrdən yaşayıblar orada, Qızılağacda, Kür çayının Xəzərə tökülən hissəsində kiçik bir əmirlikləri olub. Məsələn, 1490-cı illərdə Ağqoyunlu Rüstəm Mirzənin müdafiəçilərindən biri olan Həsən bəy Çakurlu Ərdəbil və Muğanın hakimi olub. Səfəvilər dövləti yaranandan ta 1612-ci ilə qədər Ərdəbil və Muğanın hakimləri Çakurlular olublar. 1612-ci ildə Şah Abbas onları daha da şimala, Salyan və ətraflarına köçürür. Sonrakı illərdə tarixi mənbələrdə Şirvan və Şəki ətraflarında yaşayan Çakurluların adı çəkilir. XIX əsrin əvvələrində Çakurluların bir hissəsi köçərək Qaradağdakı Hacıəlili tayfalarına qoşulur.[3]

Din

Kənddə Çaxırlı kənd məscidi dini icması fəaliyyət göstərir[4].

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  2. Çaxırlı (Göyçay) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
  3.  TAPPER, Richard. Frontier nomads of Iran: a political and social history of the Shahsevan. Cambridge University Press, 1997.p.77
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2014-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.