Çavuşzadə Mehmed Paşa
Çavuşzadə Mehmed Paşa (ö. iyun 1681) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.
Çavuşzadə Mehmed Paşa | |
---|---|
21 mart 1653 – 26 noyabr 1653 | |
Əvvəlki | Bığlı Dərviş Paşa |
Sonrakı | Qara Murad Paşa |
oktyabr 1657 – iyul 1658 | |
Əvvəlki | Topal Mehmed Paşa |
Sonrakı | Dəli Hüseyn Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1622 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Gövhərxan Sultan |
Rütbəsi | Admiral |
Həyatı
Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından bəylərbəyi vəzifəsiylə saraydan ayrılmışdır. Çox keçmədən Sultan İbrahimin qızlarından Gövhərxan Sultanla nigahlandı.[1] Nigahın ardından 1647-ci ildə Diyarbəkir bəylərbəyi təyin edilsə də, ertəsi il çıxan Abxaz Həsən Paşa üsyanını dəstəkləmiş, bu səbəblə edamı haqqında fərman çxıarılmışdır. Ancaq sarayla əlaqəsi və Validə Kösəm Sultanın müdaxiləsiylə edamdan xilas oldu. Bağışlanmasının ardından Şəhrizor sancaqbəyi, 1653-cü ilin mayında kaptan-ı dərya oldu. Ancaq həmin ilin dekabrında vəzifədən alınaraq İstanbul boğazının mühafizəsiylə vəzifələndirildi. 1657-ci ilin oktyabrında ikinci dəfə kaptan-ı dərya təyin edilsə də, 1658-ci ilin iyulunda vəzifədən alındı. Ardından 1659-cu ildə Anadolu, 1661-ci ildə Mərəş, 1664-cü ildə Sivas, 1666-cı ildə Dəməşq bəylərbəyliyinə gətirildi. 1667-ci ildə bütün vəzifələrindən azad edildi. 1676-cı ildə ikinci dəfə Anadolu bəylərbəyi və Azov qalasının mühafizəsi ilə vəzifələndirildi. 1681-ci ilin iyununda vəfat etdi.
Mənbə
- Sicill-i Osmani IV, səh. 20.
İstinadlar
- Mustafa Çağatay Uluçay, Padişahların kadınları ve kızları (5 bas.), 2011 Ankara: Ötüken. ISBN 9789754378405.