Çauşeskunun son çıxışı
Çaușeskunun son çıxışı — 21 dekabr 1989-cu ildə Rumıniya Sosialist Respublikasının rəhbəri Nikolae Çauşesku tərəfindən həyata keçirilmiş olan xalqa xitab edilmiş çıxışdır. Çıxış Rumıniya inqilabında önəmli rol oynamışdır.
Çıxış
Çauşeskunun milli televiziyada canlı olaraq yayımlanmaqla Buxarestdə həyata keçirəcəyi çıxışdan əvvəl ölkədə üsyanlar və gərginliyin böyüməsindən sonra Timişoarda çoxlu insanların öldürülməsi ilə nəticələnən hadisələr baş verdi. Çıxış daha çox illik hesabat xarakteri daşıyırdı və çıxışın mətni həm uğurların, həm də xalqın hakimiyyətə dəstəyinin ortaya çıxması üçün ölkə rəhbərliyi tərəfindən olduqca diqqətlə yazılmışdı.
Çıxışda çoxlu sayda fəhlələr qırmızı bayraq, afişa və Çauşeskunun həyat yoldaşı olan Yelena Çauşeskunun böyük rəsmlərini əllərində tuturdular.[1] Çıxışa təqribən 80.000 insan gəlmişdi. Rumıniya Komunist Partiyasının səlahiyyətliləri qabaq cərgələrdə yer almışdılar. Sekuritate agentləri və polislər təhlükəsizliyi təmin edirdilər.[2]
Çaușesku, Partiya Mərkəzi Komitəsinin binasının balkonuna çıxmış və çıxışına başlamışdır. Ancaq kütlənin əhval-ruhiyyəsini çox yanlış şəkildə qiymətləndirmişdir. Buxarestdəki bir elektrik stansiyasından gəlmiş fəhlələr uca səslə "Ti-mi-șoa-ra! Ti-mi-șoa-ra!" şəklində şüarlar səsləndirdilər. Çaușesku sakitliyi təmin etmək üçün sağ əlini qaldırdı. Çaușesku və həyat yoldaşı insanlara meydandan ayrılmamaları çağırışını etdilər. Daha sonra Çaușesku işçilərin maaşlarında ayda 200 Rumın leyi məbləğində artım edəcəyini bildirdi və 100 - 110 lei arasında tələbə təqaüdlərində də artım ediləcəyini bildirdi. 42 ilin uğurlarının təqdiri ilə çıxış davam etdirildi.
Ardından anidən bir təhlükəsizlik nümayəndəsi çıxdı və çox sürətli bir şəkildə Çaușeskunu balkondan aldı.[3]
Çıxışdan sonra və edamı
22 dekabrda, Çaușesku və həyat yoldaşı olan Yelena, Buxarestdən bir helikopterlə çıxarıldılar, ancaq bir neçə saat sonra Tarqoviște şəhərində ələ keçirildilər. Tələsik bir məhkəmə prosesindən sonra güllələnərək edam edildilər.
İstinadlar
- Revolution 1989: The Fall of the Soviet Empire|publisher=Pantheon Books|location=New York City|year=2009|isbn=0-375-42532-2}}
- The Rise and Fall of Nicolae and Elena Ceaușescu|ISBN=1-85592-510-9}}
- "Video of Ceausescu’s Last Speech, December 1989 Arxivləşdirilib 2013-08-04 at the Wayback Machine", Making the History of 1989, Item #696,