Çarxana (Qəbələ)

ÇarxanaAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Çarxana kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Çarxana
40°50′23″ şm. e. 47°41′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Çarxana xəritədə
Çarxana
Çarxana

Toponimikası

1846-ci ilin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində maldarlıqla məşğul olmuş və sonralar oturaq həyata keçmiş çarxana (dörd evli) tayfası salmış və kənd də onların adı ilə adlandırılmışdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Qaraçayın sahilində, Hacallı düzündə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 817 nəfər əhali yaşayır.[3]

Tanınmış şəxsləri

  • Qara Əhmədov — tarix elmləri doktoru, professor, Azərbaycanda arxeologiya sahəsində ilk elmlər doktoru, AMEA-nın müxbir üzvü.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, tərəvəzçilik və maldarlıq təşkil edir.

Mədəniyyəti

Kənddə Qara Əhmədovun ev-xatirə muzayi var.[4]

Din

Kənddə Çarxana kənd məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  2. Çarxana (Qəbələ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.
  5. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.