Çarlz P. Melvil

Çarlz P. Melvil (ing. Charles P. Melville; 10 may 1951[1], London) — Britaniya akademiki. O, 2008-ci ildən Kembric Universitetində İran tarixi üzrə professordur, həmçinin Britaniya Farsşünaslıq İnstitutunun prezidentidir.

Çarlz P. Melvil
Doğum tarixi 10 may 1951(1951-05-10)[1] (72 yaş)
Doğum yeri
Elm sahələri İran tarixi, tarix[2], İranşünaslıq[2]
İş yeri

Həyatı

Çarlz P. Melvil 10 may 1951-ci ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində anadan olmuşdur. O, Vellinqton Kollecində təhsil almış, sonra Kembricdəki Pembrok Kollecində ərəbfars dillərini öyrənmişdir. Melvil daha sonra London Şərq və Afrikaşünaslıq Məktəbində İslam tarixi üzrə magistr dərəcəsi və İranda tarixi seysmiklik üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.[3] O, London İmperial Kollecində (1974–1982) və Kembric Universitetində şərqşünaslıq üzrə köməkçi professor olmuşdur.[4] 2008-ci ildən İran tarixi üzrə professordur. Melvil "The Cambridge History of Iran" (VII cild) və "History of Literature of Iran" kitablarının redaktorlarından biri olmuşdur.[5]

Melvil akademik yoldaşı, doktor Firuzə Abdullayeva ilə evlidir.[6] Cütlüyün Cozefina və Şarlotta adlı iki qızı var.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Melville, C. P. // Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. "Professor Charles Melville". 12 yanvar 2018. 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-12.
  4. "Prof. Charles Melville". University of Cambridge. 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2022 6.
  5. "CAMBRIDGE HISTORY OF IRAN". 2020-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2022.
  6. "Archived copy". 12 fevral 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.