Çaqqal oğlu çaqqal (film, 1972)

Çaqqal oğlu çaqqal
Janr uşaq
Rejissor Mirzə Rəfiyev
Ssenari müəllifi Araz Dadaşzadə
Operator Əlihüseyn Hüseynov
Bəstəkar Aqşin Əlizadə
Rəssamlar Mirzə Rəfiyev
Eduard Abdullayev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1972
Filmin növü qısametrajlı cizgi filmi
Müddət 10 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1972
Texniki məlumatlar 1 hissə
275 metr
35 mm
genişekranlı
Rəng rəngli

Məzmun

Multiplikasiya filmində çaqqal acgözlük edib ələ keçirdiyi qəniməti canavarla yarı bölmək istəmir, ona görə də hiyləyə əl atır.

Müəlliflər demək istəyirlər ki, acgözlük insanı hər cür sifətə salır, onu yaltağa çevirir. Yaltaq isə dostunu düşməndən seçə bilmir.

Film haqqında

Kukla filmidir.

Bu ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Mirzə Rəfiyev
Ssenari müəllifi: Araz Dadaşzadə
Operator: Əlihüseyn Hüseynov
Quruluşçu rəssam: Mirzə Rəfiyev, Eduard Abdullayev
Rejissor assistenti: Hafiz Əkbərov
Multiplikasiya rəssamı: Rauf Dadaşov
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Əziz Şeyxov

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.