Çaqqal

ÇaqqalAfrikaAvrasiya ərazisinə xas olan itlər fəsiləsinin orta ölçülü nümayəndəsidir. "Çaqqal" sözü tarixi olaraq canina subtribasına aid bir çox itləri adlandırmaq üçün istifadə edilmişdir, lakin müasir dövrdə bu söz ən çox üç növün adlandırılmasında istifadə edilir: yəhəraltı çaqqal (Lupulella mesomelas),Qara Afrikada olan zolaqlı çaqqal (Lupulella adusta) və cənub-mərkəzi Avropa ilə Asiyada yerləşən adi (qızıl) çaqqal (Canis aureus).

Çaqqallar monofiletik kladlar yaratmasa da, onlar fürsətçil hər şey yeyənlər, kiçik və orta ölçülü heyvanların yırtıcısı və peşəkar leş yeyənlərdir.

Çaqqallar arasında ən yayılmış sosial vahid monoqam cütlük sayılır. Onlar öz ərazilərini möhkəm qoruyur və ərazi sərhədlərini sidiknəcis vasitəsi ilə nişanlayırlar. Böyük ərazilərdə cavan yetişkən çaqqallar öz ərazilərini qurana qədər öz valideynləri ilə qala bilərlər.

1770-ci ildə Salyanda olan Rusiya Elmlər Akademiyasında işləyən alman alimi Samuel Qotlib Gmelinin çəkdiyi çaqqal rəsmi

Xüsusiyyətləri

Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Bədən ağırlıqları 7-12 kilo arasında dəyişir.

Qidalanma

Çaqqallar gündüz çox aktiv olmurlar. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər. Ovladıqları kiçik heyvanlarla, yaxud leşlərlə qidalanırlar.

Nəsil artırma

Çaqqallar ayrıcinsiyyətlidir. Erkək çaqqallar dişilərdən daha böyükdür. Gəbəlik 55-70 gün çəkir. Çaqqal bir dəfəyə 2-7 arası bala doğur.

Növləri

  • Canis adustus
  • Canis aureus
  • Canis mesomelas
  • Canis simensis

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.