Çaparlı (Ağsu)
Çaparlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 773 nəfərdir (2009).
Çaparlı | |
---|---|
40°30′52″ şm. e. 48°27′27″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Çaparlı Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Keçmiş adı Gorus Çaparlı olmuşdur. 1813-cü ildə rus ordusu Azərbaycanı işğal edəndə Tovuz, Şəmkir və Qovlar qədim yaşayış sahələrindən qovulmuş Qaraduzlu və Çaparlı tayfaları, eləcə də Gorusdan Körus tayfalarının bir hissəsi Türkiyənin Qars vilayətinə, az bir hissəsi - 300 ailə isə Şirvan zonasına üz tutublar. Bununla da həmin ailələr Ağsu rayonunun ərazisində məskunlaşaraq, Çaparlı kəndini yaradıblar.[1]
İstinadlar
- Çaparlı (Ağsu) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.