Çaparxana
Çapar Xana (Farsca: چاپارخانه, kuryer evi) Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.[1][2]
Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. Çapar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar.
Herodot eramızdan əvvəl 440-cı ildə yazır:
"Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi. "Əhəmənlər bu növ ata "Aq Qaroy" (Yunanca: Ἀγγαρήιον) deyirlər."[3]
İstinadlar
- Xenophon. "The Cyropaedia": or, Institution of Cyrus, and the Hellenics, or Grecian history. (Literally translated from the Greek of Xenophon). H.G. Bohn. 1855.
cyropaedia.
- Pierre Briant. From Cyrus to Alexander; a History of the Persian Empire. Eisenbrauns. 2006. 62–64. ISBN 9781575061207.
- The History of Herodotus (Macaulay)/Book VIII, Empire of Thebes, Or Ages in Chaos Revisited, 2006, p. 11Wikisource, the free online library. Retrieved 2018-03-12.