Çapaqlar

Çapaqlar (Abramis Cuvier, 1816) — çəkilər fəsiləsinə aid olan balıq cinsidir. Bədənin hündürlüyü, yanlardan basıqlığı və anal üzgəci əsasının uzunluğu ilə tanınır. Anal üzgəcinin önü bel üzgəcinin gerisi bərabərindədir.Udlaq dişləri bir cərgəlidir, sayı 5–5, bəzən 6–5, çox nadir hallarda 5–6 olurUdlaq dişlərinin tacı kəsik şəkildədir, çeynəmə səthi isə şırımlıdır. Peysərin gerisində pulcuqla örtülü olmayan şırım və qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Anus üzgəci uzun olub ,15–44 şaxəsiz şüaya malikdir. Pulcuqları sıx yerləşir. Cinsin Avropada,Kiçik Asiyada,QafqazdaAral dənizi hövzəsində yayılmış 3 növü vardır. Azərbaycan sularında iki növə mənsub olan iki yarəmnövü yayılmışdır.

Çapaqlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Çapaqlar
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  163665
NCBI  38526
EOL  46581640

Hazırda 1 növü və 1 yarımnövü var:

  • Çapaq (Abramis brama)növ
  • Şərq çapağı (Abramis brama orientalis)yarımnöv

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.