Çao Çao

Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[1][2][…]220[3][1][…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı".

Çao Çao
çin. sadə. 曹操, pinyin: Cáo Cāo
Han sülaləsi naziri, Vey çarı
180 220
Şəxsi məlumatlar
Doğum tarixi 155[1][2][…]
Vəfat tarixi 220[3][1][…]
Vəfat yeri
Vəfat səbəbi beyin şişi
Fəaliyyəti siyasətçi, şair, yazıçı, hərbi lider[d]
Atası Çao Sonq
Həyat yoldaşı Bian
Uşaqları Çao Pey, Çao Çji
Rütbəsi general
Elmi fəaliyyəti
Elm sahəsi poeziya[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir.

Həyatı

Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı. Bir dəfə o, saray xədiminin əmisini küçədə silahlı gəzdiyi üçün cəzaladıraraq çomaqla döydürür. Bun agörə o daha yüksək rütbə almış olur. O, əsil şöhrətə Sarı çalmalılar üsyanını yatırdarkən çatmışdır. Üsyan baş verərkən ona çi-du-vey (süvarilər baş komandanı) rütbəsi verilir və 5000 döyüşçü ilə üsyanı yatırtmaq üçün göndərilir. Bu andan o yüksək mənsəbə doğru uğurla irəliləmiş olur.

Daxili çəkişmələr fonunda Syan-di imperatorluğu nominal xarakter daşıyırdı. İmperiya demək olar ki üç çarlığa bölünmüşdür. Bu dövrdə Çao Çao imperatordan ali dövlət çen-sen (baş vəzir) rütbəsinə layiq görülür. Han sülaləsi imperatoru özü isə müqəvva kimi səlahiyyətsiz paytaxta oturur. İmperiyada baş verənlər haqqında ilk məlumatlar Çao-Çaoya sonra isə imperatora çatdırılırdı. Ona imperatora adını söyləmədən müraciət etməsinə, saraya tələsmədən rahat daxil olmasına, imperatorun qəbulunda silahlı və ayaqqabılı gəlməsinə icazə verilmişdir. Özünü qorumaq üçün o, 10 min nəfərlik cangüdənə — "pələnglər dəstəsinə" malik idi.

Quandu döyüşü

Quandu döyüşü 200-cü ildə Çao Çao ordusu ilə Yuan Şau ordusu arasında Xuanxe çayı yaxınlığında olmuşdur. Nəticədə Çao Çao parlaq qələbə çalmış olur.

Çibi döyüşü

Çibi döyüşü (çin. ənən. 赤壁之戰, sadə. 赤壁之战; qışd, 208–209-cu ildə UŞu çarlığının birləşmiş orduları ilə Çao Çao ordusu arasında olmuşdur. Nəticədə Çao Çao hökmranlığını itirmiş olur.

Çao Çao həyatında mühüm hadisələrin xülasəsi
155-ci il Anhoy əyalətində doğulub.
180-ci il Yingxuan əyalətində Sarı çalmalılar üsyanına qarşı vuruşan orduya rəhbərlik.
190-cı il Dun Çjoya qarşı alyansa daxil olur.
196-cı il Han sülaləsi imperatoru tərəfindən Syuyçanda qəbul eilir.
200-cü il Quandu döyüşündə qələbə çalır.
208-ci il Çibi döyüşündə məğlub olur.
213-cü il Vey knyazı elan edilmiş.
216-cı il Vey çarlığının hökmdarı elan edilmişdir.
220-ci il Loyanda vəfat etmişdir.
Ölümündən sonra Vey imperatoru Vu tituluna layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.