Çao
Çao — ilk dəfə Yuan sülaləsində Xubilay xan dövründə dövriyyəyə buraxılmış valyuta vahidi, əskinas. İlk dəfə 1260-cı ildə tədavülə buraxılmışdır və Toqhon Temür dövrünəcən dövriyyədə olmuşdur.[1] Marko Polo xatirələrində bu əskinasdan bəhs etmişdir.
Çao | ||||
---|---|---|---|---|
çin. 鈔 | ||||
| ||||
Tarixi | ||||
Dövriyyə periodu | 1260—1370 |
Elxanilər dövlətində
Çao, 1294-cü ildə Keyxatu xan dövründə Elxanilər dövlətində də dövriyyətə buraxıldı. İlk Çao əskinası 12 sentyabr 1294-cü ildə, Təbrizdə dövriyyəyə buraxılmışdı. Əskinasların çap olunduğu yerlər çaoxana adlanırdı.
Yeni valyutanın dövriyyəyə buraxılmasının səbəbi Keyxatunun dövlət xəzinəsini yerli-yersiz xərcləməsi idi. Vəzir Sədrəddin Zəncaninin təşəbbüsü ilə çaonu qəbul etməyən hamıya ölüm cəzası verilməsi barədə qanun qəbul edildi. Qanunda qızıl və gümüş sikkələrin kəsilməsi də qadağan olunurdu.Lakin bu, bahalaşma və bazarların boşalmasına gətirib çıxardı. Hökumət məcbur olub ərzaq üçün qızılın istifadəsinə yenidən icazə verdi.[2]
Dövriyyənin sonu
1295-ci ildə Baydu xanın taxta keçməsi ilə Çaonun da dövriyyəsi bitdi. Baydu və Qazan xan dövrlərində qızıl və gümüş sikkələr geri qayıtdı və çaolar yandırıldı.
Quruluşu
Elxanilər çaosunun üzərində çincə yazılar və Çin versiyasından fərqli olaraq kəlmeyi-şəhadət qeyd olunmuşdu. İbn əl-Fövətinin dediklərinə əsasən çaolar minimum ¼ dirhəm və maksimum 10 dinar ekvivalentində dəyər daşıyırdı.[3]
İstinadlar
- H. Franke, Geld und Wirtschaft in China unter der Monglen-Herrscrhaft, Leipzig, 1949
- Rəşidəddin Həmədani - Cəmi ət Təvarix
- W. Fischel, “On the Iranian Paper Currency al-čāv of the Mongol Period,” JRAS, 1939