Çandiqarh
Çandiqarh (hind. चंडीगढ़; pənc. ਚੰਡੀਗੜ੍ਹ; ing. Chandigarh) — Hindistanın şimalında şəhər (Dehlidən təxminən 240 km şimalda) eyni anda iki ştatın — Pəncab və Haryananın paytaxtı. Üstəlik, Çandiqarh inzibati olaraq bu ştatların bir hissəsi deyil, birbaşa Nyu Dehlidən idarə olunan birlik ərazisi statusuna sahibdir.
Çandiqarh | |
---|---|
ਚੰਡੀਗੜ | |
30°44′07″ şm. e. 76°47′28″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1953 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 350 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 172 |
Poçt indeksi | 160017 |
Digər | |
chandigarh.gov.in | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Beynəlxalq memarlığı ilə məşhur olan Çandiqarh Hindistan müstəqillik qazandıqdan sonra yaranan, tamamilə yeni bir yerdə (1953) meydana gələn Hindistan şəhərlərindən biridir. Şəhər layihəsinin müəllifi məşhur fransız memarı Le Korbuzyedir. Çandiqarh adı "Çandi fortu" kimi tərcümə olunur. Adı şəhərdən 12 km məsafədə yerləşən və hind ilahəsi Çandiyə həsr olunmuş Çandi Mandir məbədindən götürülmüşdür. Bəzi hallarda, Çandigarh "Gözəllik şəhəri" adlanır.
İstinadlar
- archINFORM (alm.). 1994.
- GEOnet Names Server. 2018.
- 2011 census of India.