Çanaqqala 1915 körpüsü

Çanaqqala 1915 körpüsü — Çanaqqala ilinin Lapseki və Gelibolu ilçələri arasında qurulacaq olan Dardanel boğazı üzərindəki ilk asma körpü. Ümumilikdə isə Mərmərə bölgəsində 5-ci asma körpüsüdür. Körpü Mərmərə dənizindən 10 km cənubda inşa edilir[4].

Çanaqqala 1915 körpüsü
türk. 1915 Çanakkale Köprüsü
40°20′24″ şm. e. 26°38′24″ ş. u.
Keçid maşın və dəmiryolu üçün
Yeri Gelibolu[1]
Üslubu Asma körpü
Material dəmir-beton
Uzunluğu 3.869 metr
Eni 45,06 m[2]
Hündürlüyü 334 m[3]
Tikintinin başlanma tarixi 18 mart 2017
Tikintinin bitmə tarixi fevral 2022
Açılışı 18 mart 2022
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tamamlandıqda bu layihənin bir qolu olan Xınalı-Təkirdağ-Çanaqqala-Balıkəsir avtomobil yolunun bir hissəsi olacaqdır. Bu yolun özü də hazırda inşa edilməkdədir.

Arxa plan

Dardanel boğazı üzərində körpü inşa etmək fikiri ilk dəfə 1984-1989-cu illər arasında ortaya atılmışdır. Daha sonra 1994-cü ildə yenidən gündəmə gələn körpü layihəsi üçün 1995-ci ildə tender başladı. 18 xarici şirkətin qatıldığı tenderdə qalib gələn şirkət, layihənin gerçəkləşdirməyin mümkün olmadığını bildirərək layihəni tərk edir

Layihə

Layihə ilk əvvəl yalnız avtomobillərin hərəkəti üçün nəzərdə tutulur. Nəqliyyat, dənizçilik və rabitə naziri Lütfi Elvanın göstərişi ilə layihə avtomobil nəqliyyat vasitələri və dəmir yolu üçün körpüyə dəyişdirilir.

Xınalı - Tekirdağ - Çanaqqala - Savaştəpə avromobil yolu Malkara - Çanaqqala şosesi (1915 Çanakkale Körpüsü daxil olmaqla) İstanbulun Xınalı-1 qovşağı bölgəsindən, Ədirnə şose yolundan başlayacaq. Daha sonra Mərmərə Ereqlisi və Çorlu yaşayış məntəqələrindən keçən və qərbə doğru hərəkət edən yol Təkirdağ il mərkəzinin şimalından davam edərək Evreşenin cənub-qərbinə gedəcək və Şarköyün şimalından keçdikdən sonra Malkaranın şərqindən Çanaqqala yarımadasına çatacaqdır. Bolayır və Çanaqqalanın şimalından keçən avtomobil yolu Sütlücə ilə Şəkərqaya arasındakı Çanaqqala 1915 körpüsünə çatacaq.

3 mart 2016-cı ildə Nəqliyyat, Dənizçilik və Rabitə naziri Binəli Yıldırım tərəfindən körpünün adının Çanaqqala 1915 Körpüsü olduğu, Cümhuriyyətin 100 illiyinə uyğun olaraq qüllələr arasındakı məsafənin 2023 metr olacağı bildirildi[5].

Tender

26 Yanvar 2017 cümə axşamı günü Daelim (Cənubi Koreya) - Limak - SK (Cənubi Koreya) - Yapı Merkezi OGG, Çanaqqala 1915 körpüsü üçün keçirilən tenderi qazandı. Tender prosesinin başa çatması ilə təməlin 18 mart 2017 tarixində qoyulacağı elan edildi.

Təməl atma

Çanaqqala 1915 körpüsünün təməli 18 mart 2017 tarixində Lapsekide qoyuldu. Mərasimdə Türkiyənin Baş nazir Binəli Yıldırım, Nəqliyyat Dənizçilik və Rabitə naziri Əhməd Arslan və Cənubi Koreya İnfrastruktur və Nəqliyyat naziri Ho-In Kang iştirak etdi.

Qalereya

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.