Çan Kayşi

Çan Kayşek (ing. Chiang Kai-shek, çin 蔣介石, pinyin 蒋介石; 31 oktyabr 1887 Çjetszyan əyaləti, Fınxua şəhəri — 5 aprel 1975, Taybey) — Çin hərbi və siyasi xadimi, 1925-ci ildən Çində xalq inqilabı nəticəsində devrilmiş (1949) Qomindan rejiminin başçısı, marşal, generalissimus.

Çan Kayşi
Lua xətası: expandTemplate: template "dil-wuu-hant" does not exist.
Çin Respublikasının Prezidenti[d]
20 may 1948 21 yanvar 1949
Çin Respublikasının Baş naziri[d]
24 noyabr 1930 15 dekabr 1931
Çin Respublikasının Baş naziri[d]
16 dekabr 1935 1 yanvar 1938
Çin Respublikasının Baş naziri[d]
11 dekabr 1939 4 iyun 1945
Çin Respublikasının Baş naziri[d]
1 mart 1947 18 aprel 1947
Çin Respublikasının Prezidenti[d]
1 mart 1950 5 aprel 1975
Şəxsi məlumatlar
Doğum adı 蔣瑞元
Doğum tarixi 31 oktyabr 1887(1887-10-31)[1][2][…]
Vəfat tarixi 5 aprel 1975(1975-04-05)[1][3][…] (87 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Partiya
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Dini buddizm
Hərbi xidmət
Mənsubiyyəti generalisimus
Qoşun növü Yaponiya İmperator ordusu
Döyüşlər
Rütbəsi generalisimus

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Çan Kayşi

Bioqrafiya

Çan Kayşi 31 oktyabr 1887-ci ildə Çjetszyan əyalətinin Fınxua şəhərində tacir ailəsində anadan olmuşdur. O, 1903–1906-cı illərdə Fınxuada yerləşən qəza məktəbində Avropa təhsili almışdır. 1906-cı ildə o, ilk dəfə Yaponiyaya getmiş və burada o, Sun Yatsenlə və onun əhatəsində olan inqilabçılarla tanış olmuşdur. 1907–1909-cu illərdə Baodin və Sinbu hərbi məktəblərini bitirdikdən sonra kadet rütbəsində hərbi xidmətə başlamışdır. 1915–1916-cı illərdə Çan Kayşi Şanxayda Yuan Şikay hakimiyyətinə qarşı silahlı çıxışlarda fəal iştirak edərək Sun Yatsenin yaxın silahdaşına çevrilmişdir.[5] 1918-ci ildə o, inqilabi qüvvələrin mərkəzi olan Quançjouda əməliyyat ordusunun rəisi, daha sonra Qomindan ikinci birləşməsinin komandanı, 1923-cü ildə baş qərargah rəisi, 1924-cü ildə Quançjouda açılmış Vampu hərbi məktəbinin rəisi təyin olunmuşdur. Sun Yatsenin vəfatından (1925) sonra Çan Kayşi birinci milli inqilabi ordunun komandanı seçilərək Homindan partiyasının əsas fiquruna çevrilmiş, 1926-cı ildə Homindan partiyasının Mərkəzi İcra Komitəsinin üzvü seçılmışdı. 1926–1927-ci illərdə Şimal yürüşü zamanı Milli İnqilab Ordusunun baş komandanı idi.

Çan Kayşi 1927-ci il 12 apreldə əksinqilabi çevriliş edərək ölkədə irticaçı diktator rejimi yaratmışdı. Həmin ilin avqust ayında siyasi intriqalar nəticəsində istefa verməsinə baxmayaraq, 1928-ci ilin yanvarında yenidən Milli İnqilab Ordusunun baş komandanı olmuş və Şimal yürüşünü uğurla başa çatdırmışdır. O, 1928-ci il 8 oktyabrda Çin Respublikası Milli Hökumətinin sədri seçilmişdi. 1937-ci ildə Yaponiyanın Çinə hücumundan sonra Çin Kommunist Partiyası ilə birlikdə antiyapon milli cəbhəsini yaratmışdır. Həmin il Çan Kayşi Çin Respublikasının generalissimusu[6] olmuşdur. Çin Kommunist Partiyası ilə koalisiyalı hökumət yaratmaq haqqında uğursuz danışıqlardan sonra (1946-cı il, iyul) baş vermiş Çin vətəndaş müharibəsində Çan Kayşi Qomindanın Çin Kommunist Partiyasına qarşı mübarizəsinin rəhbəri idi. 1948-ci ilin mayında Çin Respublikasının prezidenti vəzifəsini icra etməyə başlamışdır.

1949-cu ildə Çinin materik hissəsində qomindançıların Çin Xalq Azadlıq Ordusuna məğlubiyyətindən sonra Çan Kayşi Tayvan adasına qaçaraq, orada hökumətin və Qomindanın başçısı olmuşdur. Çan Kayşi Çin Respublikasının (Tayvandakı dövlətin rəsmi adı) prezidenti (1950-ci ildən) və silahlı qüvvələrinin baş komandanı idi. 1970-ci illərin əvvəllərinədək Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən Çan Kayşi rejiminin nümayəndələri BMT-də Çini təmsil edirdilər, lakin 1971-ci il 25 oktyabrdan bu yeri Çin Xalq Respublikasının nümayəndəsi tutmuşdur. Çan Kayşinin ölümündən sonra onun oğlu Szyan Szinqo Tayvan hökumətinin yeni başçısı olmuşdur.

İstinadlar

  1. Chiang Kai-shek // Encyclopædia Britannica (ing.).
  2. Chiang Kai-shek // Brockhauz Ensiklopediyası (alm.).
  3. Chiang Kai-shek // Nationalencyklopedin (швед.). 1999.
  4. Deutsche Nationalbibliothek Record #11867580X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Taylor, 2009. səh. 25–26
  6. Taylor, 2009. səh. 84
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.