Çançun
Çançun (çin. 长春市) — Çin Xalq Respublikasının şimal-şərqində yerləşən Qirin əyalətinin paytaxtı və ən böyük şəhəridir. Mançuriya düzənliyinin mərkəzində yerləşən Çançun 7 rayondan ibarət əyalət altı şəhərdir. 2010-cu il hesablamalarına görə şəhər əhalisinin ümumi sayı 7,674,439 nəfərdir.[1]
Şəhər | |
Çançun | |
---|---|
çin. 长春市 | |
43°54′ şm. e. 125°12′ ş. u. | |
Ölkə | ÇXR |
Əyalət | [[Qirin]] |
Daxili bölgüsü | 7 rayon |
Mer | Liu Çanlun |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1889 |
Sahəsi | 20 604 km² |
Mərkəzin hündürlüyü | 222 m |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi | 7 674 439 nəfər (2010) |
Sıxlığı | 370 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 431 |
Poçt indeksi | 130000 |
Nəqliyyat kodu | 吉A |
Digər | |
ru.changchun.gov.cn (rus.) | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin adı çin dilindən tərcümədə "uzun payız" deməkdir. 1932 və 1945-ci illər aralığında Yaponiya İmperiyasının "kukla dövlət"i olan Mançuriya tərəfindən işğal altında saxlanılan Çançun şəhərinin adı Hsinkin olaraq dəyişdirilmişdir. 1949-cu ildə Çin Xalq Respublikasının əsasının qoyulmasından sonra şəhər Qirin əyalətinin inzibati mərkəzi elan olunmuşdur.
Çində "avtomobillər şəhəri" adı ilə tanınan bu yaşayış məntəqəsi ölkənin vacib sənaye bazalarından biri hesab olunur.[2] Yerli avtomobil sənayesində oynadığı mühüm rola görə Çançun şəhərinə bəzən "Çinin Detroytu" da deyirlər. Bu şəhər Çin Xalq Respublikasının Tikinti Nazirliyi tərəfindən "Milli Bağ Şəhəri" mükafatına layiq görülən dörd şəhərdən biridir.
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2014-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-09.
- "Changchun (Jilin) City Information". 2015-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-09.