Çalkandular

Çalkandular (rus. чалканцы) — Rusiya Federasiyasının Altay Muxtar Respublikasında, Kurmaç-Baigol, Suronaş, Maysk, Biyka, Çuika, Turaçak rayonu və Qorno-Altaysk şəhərində kompakt yaşayan azsaylı türkdilli xalqdır.

Çalkandular
Sayları və yaşadığı ərazilər
Dili Çalkanduca (Altaycanın ləhçəsi)
Dini Tengriçilik, Ortodoksluk
Qohumluluğu Kumandılar, Tubalar, Altaylar, Telengitler, Teleütler
Mənşəyi türk

Çalkandular

Çalkandular, Çalkandılar və ya Çalkanlar[1] Rusiyanın cənub bölgəsindəki Altay Respublikasında yaşayan Türk xalqlarından Altayların 850 nəfərlik qəbiləsidir. UNESCO-ya görə dilləri və mədəniyyətləri yox olmaq təhlükəsi qarşısındadır.[2][3]

Adlandırma

Biy çayı qolu olan Lebed çayı sahilində yaşadıqlarından keçmişdə kökü qədim kuğu sözündən olan Kuu-kiji və ya Lebed Tatarları adlanırdılar. “Kuu” xüsusilə Tıva Respublikasında “kuular” soyadını daşıyan bir sülalə olaraq bilinir. Çalkandular “Kuular” ilə bağlantıları vardır.

Coğrafiya

Çalkandular əsasən Altay Reespublikasının Turaçaq rayonunda , Kurmaç-Baygöl ilə Suronaş kəndlərində, bir hissəsi isə Biyka, İtkuç kəndlərində, çox az hissəsi isə Çoyskiy rayonunda yaşayırlar.[4]

Əhali

2002-ci ilin məlumatlarına görə sayları 855 nəfərdir[5] və bunların ancaq 539 nəfəri çalkanduca danışa bilir.

Boyları

Salkanıq və Sakşılıq olmaq üzrə iki qola ayrılırlar.

Dil

Çalkanduların dili çalkanduca altaycanın şimali altay qrupu ləhçəsinə aiddir və bu qrupdakı tıva və kubandıların ləhçələrinə oxşayır. Bütün çalkanduların iki dili olub rusca da danışırlar. Çalkandu dili 2000-ci ildə Rusiya Federasiyasında azsaylı xalq dili statusunu almış və Rusiya xalqlarının qırmızı kitabına daxil edilmişdir. O vaxtdan sonra Altaycadan ayrı müstəqil bir dil olaraq qəbul edilir.[6]

İstinadlar

  1. Figen Güner Dilek (2008), Altay Türklerinde akrabalık Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine, Ahmet B. Ercilasun Armağanı, Akçağ Basım Yayım Pazarlama A.Ş., Ankara
  2. "Dilleri ve Kültürleri Yok Olma Tehlikesine Maruz Türk Toplulukları" (türk. ). www.sonseslerduyulmadan.hacettepe.edu.tr. 2019-10-29 tarixində arxivləşdirilib.
  3. "The Chelkan Language" (ing. ). http://lingsib.iea.ras.ru/. 2019-10-29 tarixində arxivləşdirilib.
  4. "The Chelkan Language" (ing. ). http://lingsib.iea.ras.ru/. 2019-10-29 tarixində arxivləşdirilib.
  5. "The Chelkan Language" (ing. ). http://lingsib.iea.ras.ru/. 2019-10-29 tarixində arxivləşdirilib.
  6. "Arxivlənmiş surət". 2012-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.