Çaldıran (Van)

ÇaldıranVan ilinin bir mahalıdır. Çaldıran Van ilinin (əslində Türkiyə Cümhuriyyətinin) ən soyuq mahalı olub qışı 6 ay qar altında keçirməkdədir.Türkiyədə bu günə qədər ölçülən ən aşağı istilik 9 Yanvar 1990 tarixində -46,4 dərəcə (Qaynaq Meteorologiya Saytı) ilə Çaldıran mahalındadır. İyulAvqust ayları xaricində istilik, gecələri sıfırın altındadır. Mahalın dənizdən yüksəkliyi 2050 metrdir. (kayseri-Erciyes dağındakı xizək mərkəzinin rakımı 2200 metrdir). Çaldıran döyüşünün buradakı düzənlikdə edildiyini bilinsə də tarixçilər arasında görüş ayrılığı vardır. Necə ki mahalın şərqində olan İran sərhədləri içərisindəki məskunlaşma yerinin adı 2005-ci ildə Çaldıran düzü deyə dəyişdirilmişdir. Bu mahalda da bir az kiçik olmaqla birlikdə düzənlik mövcuddur. İranlılar, Çaldıran döyüşünün öz sərhədləri içərisindəki bu düzənlikdə edildiyini iddia etməkdədirlər.Ölkəmizdəki geniş Çaldıran düzənliyi İrandakı kiçik düzənlik ilə keçidlərlə əlaqəlidir. İki düzənlik arasında keçilə bilər, yüksək olmayan bir dağ bloku vardır. Ərazi quruluşu araşdırıldığında Çaldıran döyüşünün Türkiyədəki düzənlikdə edildiyi, bəlkə döyüşün qəti nəticəsinin isə İran tərəfindəki düzənlikdə alındığı qiymətləndirilə bilər.

Çaldıran
Çaldıran
39°08′31″ şm. e. 43°54′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.478 km²
Mərkəzin hündürlüyü 2.046 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 63.013 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 65750
Çaldıran xəritədə
Çaldıran
Çaldıran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.