Çalıquşu (teleserial, 1986)
Çalıquşu – R.N.Güntəkinin eyniadlı əsəri əsasında O.F.Sedənin çəkdiyi, 7 bölümdən ibarət teleserialdır.
Çalıquşu | |
---|---|
Yaradıcısı | Türkiyə Radio Televiziya Qurumu[d] |
Rollarda | |
İstehsalçı ölkə | |
Dil | türk dili |
IMDb | ID0952637 |
Məzmun
Kamrana olan böyük sevgisinə rəğmən, qüruru səbəbindən İstanbulu tərk edib Anadolunun ucqar kəndlərində müəllimlik edən çox gənc bir qadının, Fəridənin həyatı göstərilir. Serialda, bundan əlavə, həmin dövrdə qadınların yaşadığı çətinlik, ucqar bölgələrdə təhsilin vəziyyətinin bərbad olması kimi sosial problemlərə də toxunulmuşdur. Fəridə (Çalıquşu), yeni nəsil Cümhuriyyət qızının əsl təsviridir. Gözəlliyi ilə hamının dilini dastan olan, bu səbəbdən məcburən təyinatını başqa yerlərə dəyişdirən Fəridə, güclü xarakteri ilə hər bir türk qadınına nümunədir.
Kiçik yaşlarında anasını itirən Fəridə, təhsili üçün fransız dili məktəbinə verilir. Dəcəlliyinə görə, ələlxüsus, tənəffüslərdə ağaclara dirmanması səbəbindən "Çalıquşu" adını almışdır. Xalasıoğlu Kamran ona xüsusi hisslər bəsləyir. Bunu görən Fəridə də ona qarşı biganə olmadığını görür və nəhayət, nişanlanırlar. Toya bir neçə gün qalmış Kamranın onu Münəvvər adlı bir qadınla aldatmasını öyrənir. Bunu qüruruna sığdırmayan Fəridə, İstanbulu tərk edir.
Fəridə fövqəladə gözəlliyi səbəbindən "rüzgarların uçurduğu payız yarpağı"na çevrilir. təyinatını daima dəyişdirməli olur. Son təyinatlarından birində atası kimi hərbi həkim olan Xeyrullah bəy ilə tanış olan Fəridənin həyatı tamamailə dəyişir.
İnsani xarakterli Xeyrulla bəy Fəridəni qızı kimi sevməsinə baxmayaraq, dedi-qodulara son qoymaq üçün evlənməli olurlar. Fəridənin hələ də Kamranı sevdiyini başa düşən Xeyrulla bəy onları qovuşdurmaq üçün əlindən gələni edir. Ölümündən əvvəl etdiyi xahişini yerinə yetirən Fəridə İstanbula qayıdır. Yazdığı məktubla bərabər, Fəridənin gündəliyini də Kamrana çatdıran Xeyrulla bəy sonda bir-birlərini hədsiz sevən iki gənci qovuşdurur.
Rollarda
Aydan Şənər — Çalıquşu, Fəridə. Əsərin baş qəhrəmanı
Kənan Kalav — Kamran, Fəridənin xalasıoğlu və nişanlısı
Sadri Alışık — Xeyrulla bəy. Fəridə ilə Kamranın əzablarını və peşmanlığını duyan həkim, oları qovuşdurur.Xərçəng xəstəliyindən vəfat edir.
Minə Çayıroğlu — Munisə, Fəridənin övladlığa götürdüyü 13 yaşlı qız. Difteriyadan vəfat edir.
Çəkiliş
Seralın çəkilişində dönəmin bir çox peşəkar aktyor və aktrisaları da iştirak etmişdir. Ekranlara çıxdığı vaxtdan, hər kəs tərəfindən sevilərək izlənilən "Çalıquşu" bir müddət sonra bütün SSRİ-də məşhurlaşmışdır. Teleserialda istifadə olunmuş E.Engin imzalı musiqilər ən az serialın özü qədər məşhurlaşmışdır. Bu serial indiyənədək və bəlkə bundan sonra da çəkiləcək ən yaxşı "Çalıquşu" serialıdır.
İstinadlar
[
tr.wikipedia.org/Çalıkuşu_(dizi_1986)]