Çağırış (Hilli)

Çağırış (Uddətud-Dai) — Şeyx Əhməd ibn Fəhd Hillinin XIII əsrdə yazdığı dua barədə kitab.

Çağırış
Müəllif Şeyx Əhməd ibn Fəhd Hilli
Janr Dua
Mövzu İrfan, psixologiya
Orijinalın dili Ərəbcə
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili XIII əsr
Tərcüməçi Müşfiq Mehdibəyli
Nəşriyyat Qədim Qala (2016)
Səhifə 440
ISBN ISBN 978-9952-8246-7-4

Məzmun

Gördüyünüz bu kitab böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının tərcümə və şərhidir. Bu kitab oxuculara "Çağırış" adı altında təqdim olunur. Qeyd etmək lazımdır ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynamışdır. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir.

Nəşr

Kitab 2016-cı ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 440 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]

Kitab tərcümədən əlavə, Müşfiq Mehdibəylinin yüz səhifədən ibarət əlavə və şərhlərindən ibarətdir ki, bu da kitabda öz əksini tapan bəzi ayə və hədislərin geniş oxucu kütləsi tərəfindən daha rahat və asan başa düşülməsi zərurətindən meydana gəlmişdir. Bundan savayı, istifadə olunan Quran ayələri və onların təfsirləri Məcməul-Bəyan, Ətyəbul-Bəyan, Əl-Mizan, Təfsiri-Safi, Təfsiri-Nümunə, Nurul-Quran və s. kitablarına istinadən müqayisəli şəkildə işlənmişdir. Qeyd edək ki, sözügedən şərh və əlavələr kitabda QEYD və üç ulduz (***) işarəsi ilə göstərilmişdir.

İstinadlar

  1. "Çağırış" ( (az.)). qedimqala.az. 2016. 2017-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.