Çətin olsa da, həyat davam edir
Çətin olsa da, həyat davam edir — Rövşən Abdullaoğlunun ilk dəfə 2013-cü ildə nəşr edilmiş motivasiya psixologiyası silsiləsindən[1] olan kitabı.
Çətin olsa da, həyat davam edir | |
---|---|
| |
Müəllif | Rövşən Abdullaoğlu |
Janr | Psixologiya |
Mövzu | Motivasiya |
Orijinalın dili | Azərbaycanca |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2013 |
Nəşriyyat | Qədim Qala |
Səhifə | 272 |
ISBN | ISBN 978-9952-8190-6-9 |
Məzmun
Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir.
Nəşr
Kitab 2013-cü ildə Bakıda Qədim Qala nəşriyyatında 272 səhifədə 60x90 ölçüsündə çap edilib.[2] 2022-ci ilə qədər əsər 15 dəfə təkrar nəşr edilib.
2019-cu ildə türk dilinə tərcümə edilib[3] və "Zor olsa da, hayat devam ediyor" adı ilə Dəstək nəşriyyatı tərəfindən Türkiyədə çap edilib.[4][5]
2021-ci ildə "Life Goes On no Matter What" adı ilə ingilis dilinə tərcümə edilib və elektron versiyası Amazon.com satış platrformasına yerləşdirilib.[6]
Satış
"Çətin olsa da, həyat davam edir" kitabı "Kitabevim.AZ" kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 6-cı[7][8][9], 2017-ci ildə isə 35-ci olub.[10]
Qəbul
“Çətin olsa da, həyat davam edir” ABŞ-də keçirilən beynəlxalq “Readers` Favorite” kitab müsabiqəsinin ilk mərhələsində maksimum bal toplayaraq “beş ulduz” fərqlənmə nişanı ilə təltif edilib. Kitab haqqında rəy bildirən mütəxəssis yazıb:
“Oxucular baxış bucağını dəyişməyin, ətraf mühitin bizə ötürdüyü mənfi inanclardan qurtulmağın və problemlərlə soyuqqanlılıqla üzləşməyin nə qədər önəmli olduğunu anlayacaqlar. Psixoloji, mənəvi travmanın dərkindən daxili azadlıq əldə etməyə və sərbəst buraxmaqla şəfa tapmağa, təbiətimizdəki ziddiyyətləri aşkar edib reallıqla barışmağa qədər həyati mövzulardan bəhs etməklə müəllif oxucuları yaşamaq istədikləri həyatın qurucusu olmağa dəvət edir.
Kitab müdriklik və fəhmlə, gözəl şəkildə qələmə alınıb. Özüm üçün qeyd etməli olduğum bir çox sitatlar oldu, çünki onlar məndə çox dərin təsir qoydular, bir nümunə: “Bir işin görülüb-görülməməsinin yalnız və yalnız bir səbəbi var, o səbəb sənsən”. Diqqətəlayiq daha bir müdrik düşüncə - mənfi fikirlərin öz qaynağını bizim cismani, müsbət fikirlərin isə mənəvi mənşəyimizdən necə götürməsidir. “Çətin olsa da, həyat davam edir” - oxucuların kəşfini gözləyən, həyata dəyər verməyi və onu məna ilə zinətləndirməyi öyrədən müdrikliklə doludur”.
Qərb və Şərq psixoloji, fəlsəfi fikirlərinin sintezini, önəmli irfani nəzəriyyələrin xülasəsini təqdim edən bir kitabın Qərb auditoriyasında öz təsdiqini tapması xüsusilə qürurvericidir. Həqiqətən də, insanın üfüqünü genişləndirən, hadisələrə yanaşmasını dəyişən, təkamülə kökləyən məlumatlar ehtiva edən bir kitabdır.[11]
IndieReader:
“Rövşən Abdullaoğlunun “Çətin olsa da, həyat davam edir” əsəri oxuculara yaşam prinsipləri təqdim edən, itki və bəlaların öhdəsindən gəlməyə yardım edən ciddi təlimat kitabıdır. Müəllif mesajını ötürmək üçün öz şəxsi təcrübəsini və araşdırmalarını oxucularla bölüşür... Əsər böyük təsir gücünə malikdir, ehtiva etdiyi tövsiyələr bir çox ağrılı həyat hadisələrində rahatlıqla tətbiq edilə bilər”.
Divayn Zeyp “Readers' Favorite” üçün:
“Kitab gözəl şəkildə, müdriklik və fəhmlə qələmə alınıb... “Çətin olsa da, həyat davam edir” oxucuların kəşfini gözləyən, həyata dəyər verməyi və onu məna ilə zinətləndirməyi öyrədən müdrikliklə doludur. Rövşən Abdullaoğlu çoxumuzun həyata baxışını dəyişəcək düşüncələrini bizimlə bölüşür... həyatımızı gözəl və zövqlü bir nəsnəyə çevirmənin kreativ üsullarını göstərir”.
Həmçinin bax
İstinadlar
- ""Nəşriyyatımızın çap etdiyi kitab bir gənci intihardan xilas etdi"- REPORTAJ". 2014-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-07.
- "Çətin Olsa da, Həyat Davam Edir (V nəşr)" ( (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
- Nurəddin Məmmədli. "Ədəbi yaradıcılıqda əsas amil müəllifin niyyətidir..." ( (az.)). medeniyyet.az. 2019-08-09. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-18.
- ""Çətin olsa da, həyat davam edir"" ( (az.)). modern.az. 2019-07-04. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-18.
- "Rövşən Abdullaoğlunun kitabı Türkiyədə nəşr olunub" ( (az.)). salamnews.org. 2019-07-04. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- Life Goes On no Matter What: Kindle Edition
- "Kitabevim.AZ kitab mağazası 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısını təqdim edir – SİYAHI" ( (az.)). akademik.az. 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- Oxu Zalı. ""Kitabevim.az" mağazasında 2016-cı ilin ən çox satılanları məlum oldu" ( (az.)). azadliq.org. 2016-12-26. 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- "2016-ci ildə kimlərin kitabları daha çox satılıb? - SİYAHI" ( (az.)). lent.az. 2016-12-22. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-18.
- "2017-ci ildə Azərbaycanda ən çox satılan kitabların siyahısı" ( (az.)). senet.az. 2017-12-29. 2019-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- 2021-ci il ancaq belə möhtəşəm xəbərlə yekunlaşa bilərdi
Xarici keçidlər
- "Çətin Olsa da, Həyat Davam Edir (V nəşr)" ( (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
- Goodreads-də Çətin Olsa da, Həyat Davam Edir
- Niyə Allah sizinlə belə ədalətsizcə davrandı?
- ""Çətin olsa da, həyat davam edir"" ( (az.)). bizimyol.info. 2013-11-20. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-18.
- "Yeni ildə hansı kitabları hədiyyə edəcəksiniz? – SORĞU" ( (az.)). senet.az. 2015-12-30. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-18.