Çərkəzistan
Çərkəzistan[1] və ya Çərkəziya[2] (adıq Адыгэ Хэку, Adıgə Xəku, mənası – "Adıq vətəni"; adıq Хэкужъ, Xəkujz, mənası – "Qədim vətən") — indiki Rusiyanın cənubunda, Şimali Qafqazda Qara dənizin şimal-şərq sahili boyunca yerləşən ölkə və tarixi vilayət.[3] Rusiya–çərkəz müharibəsi (1763–1864) zamanı Rusiya imperiyası tərəfindən fəth və işğal edilmişdir. İşğaldan sonra Çərkəz soyqırımı baş tutmuşdur və nəticədə çərkəz xalqının 90%-i ya bölgədən sürgün edilmiş, ya da kütləvi şəkildə qətlə yetirilmişdir.[4][5][6][7][8]
Tarixi dövlət | |||||
Çərkəzistan | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Hüquqi və beynəlxalq müstəvidə Avstriya ilə Osmanlı imperiyaları arasında 1739-cu il Belqrad müqaviləsi Şərqi Çərkəzistanın (Kabarda) müstəqilliyinin tanınmasını nəzərdə tuturdu. Həm Rusiya imperiyası, həm də Osmanlı imperiyası bunu tanımışdır. 1814–1815-ci illərdə keçirilən Vyana konqresi də Çərkəzistanın müstəqilliyinin tanınmasını şərtləndirmişdir. 1837-ci ildə çərkəz liderləri Avropa ölkələrinə hüquqi tanınma tələbi ilə məktublar göndərmişdir. Bunun ardınca Britaniya imperiyası Çərkəzistanı tanımışdır.[9][10] Buna baxmayaraq, Rusiya–çərkəz müharibəsi zamanı Rusiya imperiyası Çərkəzistanı müstəqil bir region kimi tanınamış, region üzərində heç bir nəzarəti və mülkiyyəti olmamasına baxmayaraq, ona üsyançıların işğalı altında olan Rusiya torpağı kimi yanaşmışdır.[11] Rusiya generalları çərkəzləri etnik adlarına görə yox, "dağlılar", "quldurlar", "dağlı murdarlar" adlandırırdılar.[11][12]
Çərkəzistan çərkəzlərin (adıqlar) tarixi vətənləri olsa da, Çərkəz soyqırımından sonra əksər çərkəzlər sürgündə yaşayırlar.[13][14][15][16]
İstinadlar
- "QAFQAZ XVII-XVIII ƏSRLƏRDƏ" (az.). 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
- "Separatizmə ayrılan rol" (PDF) (az.). 2023-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-23.
- Kisholm, Hyu, redaktor Circassia // Britannika Ensiklopediyası. 6 (XI). Cambridge University Press. 1911. 380–381.
- Genel Komite, HDP. "The Circassian Genocide". www.hdp.org.tr (türk). 2014. 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
- Richmond, Walter. The Circassian Genocide (ingilis). Rutgers University Press. 2013-04-09. ISBN 978-0-8135-6069-4. 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
- Geçmişten günümüze Kafkasların trajedisi: uluslararası konferans, 21 Mayıs 2005 (türk). Kafkas Vakfı Yayınları. 2006. ISBN 978-975-00909-0-5. 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
- "UNPO: The Circassian Genocide". unpo.org. 2020-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
- "Tarihte Kafkasya - ismail berkok | Nadir Kitap". NadirKitap (türk). 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
- Bashqawi, Adel. Circassia: Born to Be Free. 15 September 2017. ISBN 978-1543447644.
- Jaimoukha, Amjad. The Circassians: A Handbook. 2001.
- Richmond, Walter. The Circassian Genocide. Rutgers University Press. 9 April 2013. ISBN 978-0-8135-6069-4. 23 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2023.
- Capobianco, Michael. "Blood on the Shore: The Circassian Genocide". Caucasus Forum. 13 October 2012. 3 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2023.
- Richmond, Walter. The Circassian Genocide. Rutgers University Press. 2013. səh. 130. ISBN 978-0813560694. 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
- Zhemukhov, Sufian. "Circassian World Responses to the New Challenges" (PDF). PONARS Eurasia Policy Memo No. 54. 2008: 2. 19 August 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 May 2016.
- Danver, Steven L. Native Peoples of the World: An Encyclopedia of Groups, Cultures and Contemporary Issues. Routledge. 2015. səh. 528. ISBN 978-1317464006. 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
- "single | The Jamestown Foundation". Jamestown.org. 7 May 2013. 10 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2013.