Çərkəz bəy Şərifov

Çərkəz bəy Qasım bəy oğlu Şərifov — Qarabağ bəyi. İldırım xan Şərifovun kiçik qardaşı. Şərifli nəslindəndir.

Çərkəz bəy Şərifov
Çərkəz bəy Qasım bəy oğlu Şərifov
Doğum yeri Seyidli, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Seyidli, Ağdam rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Gülsabah xanım
Uşaqları Turan, Afər, Rəna, Şəmsəddin, Elmira
Atası Qasım bəy
Anası Mənzər xanım
Milliyyəti azərbaycanlı

Həyatı və fəaliyyəti

Çərkəz bəy Qasım bəy oğlu Şərifov Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndin) kəndində anadan olmuşdur. O, ata tərəfdən Şərifli, ana tərəfdən Qazılılar nəslindəndir.

Çərkəz bəy Şərifov uşaq yaşlarında olarkən atası vəfat etmişdir. O və qardaşı İldırım ilk təhsillərini yaxın qohumu Seyid Həşim Seyid Qara Məhəmməd oğlundan almışdır. Sonralar Ağdam şəhər məktəbində (Ağdam şəhər 1 nömrəli orta məktəb) oxumuşdur.

Çərkəz bəy Şərifov Qarabağın qoçaq, qeyrətli bəylərindən sayılmışdır. O, qardaşı İldırım xan və əmisi oğlu Fərhad bəy ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışdır. Daha doğrusu erməniləri himayə edən çarizmə qarşı döyüşmüşdür.

Çərkəz bəy Şərifov 1930-cu ildə Seyidlidə dünyasını dəyişmiş, "Qaraağacı" qəbiristanlığında torpağa tapşırılmışdır.

Ailəsi

Çərkəz bəy Şərifovun atasının adı Qasım bəy, anasının adı Mənzər xanımdır.

Çərkəz bəy Şərifovun qardaşının adı, İldırım xan, bacısının adı Ulduz xanımdır.

Çərkəz bəy Şərifov üç dəfə ailə həyatı qurmuşdur. Onun birinci evlilik həyatı xalası qızı Gülsabah xanımla olmuşdur.

Çərkəz bəy Şərifovun Turan, Afər, Rəna, Şəmsəddin, Elmira adlı övladları olmuşdur.

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və övladları. "Bütöv Azərbaycan" qəzeti, 5 – 11 dekabr, 2012-ci il, № 42(174)
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Şərifli nəslinin övladları. "Təzadlar" qəzeti, 18 dekabr, 2012-ci il, № 189 (1732)
  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.