Çələbilər (Bərdə)
Çələbilər – Azərbaycan Respublikasının Bərdə rayonunun Otuzikilər inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Çələbilər kəndi Otuzikilər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çələbilər kənd Soveti yaradılmışdır.[1]
Çələbilər | |
---|---|
40°24′41″ şm. e. 47°18′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsini çələbi (mövləvi dərviş ordeninin başçısı) adı ilə tanınan bir qrup ailədən ibarət nəsil saldığı üçün kənd bu nəslin adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cü ildə Cəbrayıl rayonunun Dağtumas inzibati ərazi vahidində də Çələbilər adlı kənd qeydə alınmışdır. İranda Çələbi, Krımda Çələbilər (Plodova), Rusiyada Çelyaba (Çelyabinsk) adlı yaşayış məntəqələrinin olduğu da məlumdur.[2]
Tarixi
Çələbilərin ("Çələbi" sözü dini və dünyəvi termin olub, hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıçı, şair, bilici mənalarını verir) XVI əsrin ikinci yarısında Kiçik Asiyadan Azərbaycana gəlməlişlər. Çələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XVI-XVII əsrlərdə Cəbrayıl ərazisinə köç etmiş, əvvəlcə Niftalılar və Nusus kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Çələbilər kəndində yerləşmişdir. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi müqəddəsləşdirilmişdir.
Coğrafiyası və iqlimi
Kənd Qarabağ düzündə yerləşir.
Din
Çələbilər kəndindəki məscid isə Məhəmməd ibn hacı Qaraman Əhmədli tərəfindən hicri tarixilə 1088-ci ildə (miladi 1678) inşa edilmişdir. O, ömrünün sonunadək həmin kənddə ağsaqqallıq etmiş, xeyirxah işlərin duaçısı, hüzuruna pənah gətirənlərin yardımçısı olmuşdur.
İstinadlar
- "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
- Çələbilər (Bərdə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.