Çəkic

Çəkic (və ya toxmaq) — mismar vurmaq, metal döymək və başqa bu kimi işlərdə istifadə olunan taxta və ya metal dəstəkli müxtəlif formalı metal alət.[1][2] Çəkic — insan tərəfindən istifadə edilən ən qədim alətlərdən biridir.

İbtidai daş çəkic
Geoloji çəkic

Çəkic yığcam kütləyə malikdir. Adətən iki hissədən ibarətdir: zərbə başlığı; dəstək hissəsi — çəkicin dəstəyi müxtəlif materiallardan — metaldan, ağacdan və ya plastmasdan hazırlana bilər.

Çilingər çəkici müxtəlif zərbə başlığına malikdir: bərabər ölçülü, daralan. Dülgər çəkici iki hissəyə ayrılmışdır ki, əlavə hissə mismarların çıxarılması üçün istifadə edilir. Bəzən, detala zərər vurmamaq üçün zərbə hissəsi yumşaq materialdan (rezin, mis, qurğuşun) istehsal edilmiş, çəkiclərdən istifadə olunur.

Mənbə

  1. "hammer Meaning in the Cambridge English Dictionary". dictionary.cambridge.org (ingilis). 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
  2. "How hammer is made - material, making, history, used, components, structure, steps". www.madehow.com (ingilis). 2022-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.