Çəhrayı göllər
Çəhrayı göllər - Dünyada rəngi çəhrayıya çalan göllərdir. Dünyada bir çox çəhrayı rəngli göl bilinməkdədir.
Siyahı
№ | Adı | Ölkə | Bölgə | Haqqında |
---|---|---|---|---|
1. | Hillier gölü | Avstraliya | Qərbi Avstraliya | Bu göl parlaq gül çəhrayısı rəngi səbəbiylə ən şöhrətli çəhrayı göllərdən biridir. Üstəlik rəngi qalıcıdır. |
2. | Retba gölü | Seneqal | Dakar şəhərinin şimal-şərqi | Retba Gölü çəhrayı rəngini Dunaliella yosunudan alır. 40%-ə çatan duz nisbəti sayəsində göldə batmaq mümkün deyil. |
3. | Salina da Torreviya gölü | İspaniya | İspaniyanın cənub-şərqi | Gölün yaratdığı mikroiqlimi sayəsində bölgə Avropanın ən sağlam həyat sahəsi seçilmişdir. Üstəlik göldən əldə edilən duz da çox keyfiyyətlidir. |
4. | Hutt gölü | Avstraliya | Qərbi Avstraliya | Bu gölün rəngi içindəki yosunlara görə qırmızıya da çevrilir. |
5. | Dasti Rouz gölü | Kanada | Kanadanın şimal-qərbi | Dasti Rouz gölünə rəngi nə duz, nə də yosunlar verir. Onun gül çəhrayısı rənginin səbəbi dağları, buzlaqları aşaraq gələn axar sulardır. Bu axar sular çəhrayı rənglərini bölgəyə xas qayalardan alırlar. |
6. | Pink gölü | Avstraliya | Qərbi Avstraliya | Bu gölə rəngini yalnız yosunlar vermir. Çəhrayı rəngli Brin krevetləri də böyük rol oynayır. |
7. | Masazır gölü | Azərbaycan | Bakı yaxınlığı | Bu çəhrayı göl yüksək nisbətdə duz ehtiyatlarına sahib olduğu üçün bölgədə duz fabrikləri qurulmuşdur. |
8. | Quairadinq gölü | Avstraliya | Avstraliyanın cənub-şərqi | Ortasından yol keçən bu gölün xüsusiyyəti ilin müəyyən vaxtlarında yarısının tünd qırmızıya dönməsidir. |
9. | Duz gölü | Türkiyə | Bozcaada | Rəngi bəzən qırmızıya da çalan gölün ətrafı antik sütunlar və qalıqlarla doludur. |
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.