Çöl sarı

Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.

Çöl sarı
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Accipitrimorphae
Fəsilə:
Yarımfəsilə:
Növ:
Çöl sarı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  175392
NCBI  115134
FW  94491

Kateqoriya və statusu

(II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb.

Qısa təsviri

Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür).

Yayılması

Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Qobustanda, Bozdağda, Kiçik Qafqazın dağətəyi, qismən də orta dağlıq hissəsində, Naxçıvan Arazboyu düzənliyində və orta dağ yamaclarında, eləcə də, Talış dağ bozqırlarında yayılıb. Kiçik Qafqazın dağətəyi hissəsində və Arazboyu düzənliyində oturaq yaşayır, başqa yerlərdə nəsilvermə dövründə, Kür-Araz düzənliyində isə qışda olur.

Yaşayış yeri və həyat tərzi

Quraq iqlimli yarımsəhra və bozqır landşaftlarında yaşayır. Qayada, yarğanda, bəzən yulğun kolunda (tamariks) quru çöplərdən yuva tikir, içərisinə yovşan döşəyir, aprel ayında 3-5 ədəd qırmızımtıl-qonur naxışlı ağ yumurta verir. İyul ayında pərvaz balaları ilə ailəvi yem axtarırlar. Yemini havadan baxmaqla tapıb, yerdən götürür, əsas yemi qurbağalar, sürünənlər, gəmiricilər, bəzən də ərəbdovşanı, kirpi, xırda quşlardır.

Sayı

1970-ci illərə qədər adi saylı, miqrasiya dövründə hətta çoxsaylı olub. Sonralar Azərbaycanda nəsil verən populyasiyasının sıxlığı azalıb, XX əsrin sonunda Azərbaycanda 50 cüt quş qeyd edilib. Son 10 ildə istər reproduktiv, istərsə də qışlayan populyasiyasının sıxlığı təhlükəli vəziyyət alıb. Reproduksiya dövründə Qobustanda 4, Bozdağda 2, Kiçik Qafqazın dağətəyi hissəsində 4, Naxçıvan MR-də 8, Talış dağ bozqırlarında 4 cüt (cəmi 22 cüt) quş sayılıb. Son 10 ildə sayı 56  % azalıb. Lakin miqrant quşların sayı 3-4 dəfə çox olub.

Məhdudlaşdırıcı amillər

Zərərli yırtıcı hesab edilib ovlanması, bozqırların əkin sahəsinə çevrilməsi və pestisidlərdən maksimal istifadə olunması, mal-qaranın çoxalması və otlaqların deqradasiyası, yem obyektlərinin zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Faydalı fauna statusu ilə qorunur. Qobustan və Turyançay Dövlət Təbiət Qoruqlarında, Zuvand Dövlət Təbiət Yasaqlığında nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Yuvalarının yerləşdiyi sahənin təbiət abidəsi statusu ilə qorunması, çaqqal, tülkü kimi yırtıcıların azaldılması, növün vəziyyətinin əhaliyə izah edilməsi.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.