Çöl qala bulağı
Çöl qala bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.[1][2] Çöl Qala məhəlləsində Çöl Qala məscidinin yaxınlığında yerləşir.[3] Bulağın binaları dördbucaq formasında idi və yaxınlığında yerləşdikləri məscidlərin üslubunda tikilirdi.[4] XIX əsrin memarlıq abidəsidir. Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq dağıdılmış, daş kitabələri məhv edilmişdir.[5] [6]
Çöl qala bulağı | |
---|---|
| |
39°45′50″ şm. e. 46°45′15″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Validə Tutayuq küçəsi |
Aidiyyatı | Şuşa qəzası |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | dağıdılmış |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 5101 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 5101 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Ümumi məlumat
Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.[7] Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[8]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.[8] Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[9]
Tarixi
Çöl qala bulağı hazırda Şuşa şəhərinin Validə Tutayuq küçəsində yerləşir. Bulaq XIX əsrdə inşa edilmişdir. Şuşada Çöl Qala məscidinin qənşəri açlıq meydan şəkilindədir. Əlbəttə bu meydanda şirin və saf suyu olan bulaq tikmək də unudulmamışdır. Özünün iki yamaclı çardağ örtüyü ilə ümumi məscid örtüyünü xatırladan kiçik evşəkilli həmin daş bulaq bütün fasadı boyu işlənmiş dekorativ elementləri ilə məscid elementlərini yada salır. Bu baxımdan məscid qarşısında olan bulaq onunla həmahənglik təşkil etdiyindən ümumi bir kompozisiya kimi baxılır.[10] Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra bulağın məhv edildiyi bəlli olmuşdur.[11]
İstinadlar
- "Şuşanın bulaqları da bir tarixdir". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- "Hər daş-qayası ilə abidə olan qala-şəhər". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- ""Çöl Qala" bulağı keçmiş Kuybışev küçəsi". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- "Çingiz Qacar, Şərq-Qərb nəşriyyatı, Köhnə Şuşa, 2019, səh. 344". www.ebooks.az. 17 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 apr 2022.
- "Çöl qala bulağı (Şuşa) Azerbaijan / Susa / Şuşa / Validə Tutayuq küçəsi". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- Hüseynov, Y.Azərbaycanın Qarabağ bölgəsinin tarixi/Yunis Hüseynov; red. və rəyçi Z. H. Bayramlı (ön söz müəl.).–Bakı: [n.y.], 2019.–207s.
- Эйнулла Фатуллаев. "Заживо погребенная Шуша" (rus). Archived from the original on 2022-01-10. İstifadə tarixi: 5 yanvar 2022.
- Авалов, 1977. səh. 74-75
- Авалов, 1977. səh. 75
- "MƏDƏNİYYƏT " BULAQLAR "Çöl-Qala" bulağı". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
- ""Ermənilər Şuşadakı qəbiristanlıqları da dağıdıblar" — Şöbə müdiri". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.