Vergül

Vergül (,)sözləri, birləşmələri və cümlələri sərhədləndirmək üçün işlədilən durğu işarəsidir.

,
Vergül
Punktuasiya
apostrof(’ ')
mötərizə ([ ], ( ), { },  )
iki nöqtə(:)
vergül(,)
tire (, –, —, ―)
nöqtələr (…, ..., . . .)
nida işarəsi(!)
nöqtə(.)
guillemets(« )-->
defis()
defis-minus(-)
sual işarəsi(?)
dırnaq işarəsi ( ”, ‘ ’, « », ‹ )
nöqtəli vergül(;)
əyri xətt (sleş, drob)(/,   )
Sözayırıcılar
mötərizə ( ) () ()
interpunkt(·)
Əsas tipoqrafika
ampersand(&)
ticari at(@)
ulduz (asterisk)(*)
tərsinə əyri xətt(\)
siyahı markeri (bullit)()
sirkumfleks(^)
xaç (†, ‡)
dərəcə(°)
çevrilmiş nida işarəsi(¡)
çevrilmiş sual işarəsi(¿)
oktotorp (şəbəkə, xeş)(#)
nömrə işarəsi ()
bölmə işarəsi(÷)
sıra indikatoru (º, ª)
faiz, promille, milyonda bir (%, ‰, )
abzas()
ştrix(′, ″, ‴)
paraqraf işarəsi(§)
tilda(~)
altdan xətt(_)
şaquli xətt(¦, |)
Zehni mülkiyyət
müəllif hüquqlarının qorunması işarəsi(©)
əlaqəli hüquqların qorunması işarəsi(®)
xidmət işarəsinin simvolu()
fonoqram üçün
əlaqəli hüquqların qorunması işarəsi
()
əmtəə nişanı()
Valyuta işarələri
valyuta işarəsi (ümumi) (¤)
valyuta işarələri (konkret)
( ฿ ¢ $ ƒ £ ¥ )
Müstəsna tipoqrafika
asterizm()
interrobanq()
ironiya işarəsi(؟)
Digər
Diakritik işarələr
Şpasiya
Digər yazılarda
Çin punktuasiyası

Vergül cümlənin həmcins üzvləri və sadalanan sözlər arasında (Məsələn: Nizaminin, Füzulinin, Vaqifin), tabeli və tabesiz mürəkkəb cümlələrin komponentləri arasında (Məsələn: gələn gəldi, gedən getdi), cümlələrdə əlavə və xüsusiləşmələri ayırmaq üçün (Məsələn: süfrəyə bal qoyuldu, əsl beçə balı), cümlə üzvləri ilə qrammatik cəhətdən bağlanmayan sözləri (ara sözü, xitab, nida, təsdiq, inkar sözləri) ayırmaq üçün (Məsələn: O, əlbəttə, mən Cəmili deyirəm hələ özünə gəlməyib) istifadə olunur.

Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə sayılır. Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir. Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir.

Azərbaycan dilində vergülün işlənməsi

Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir. Məsələn,

  1. Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülmüşdür.
  2. Ehtiyac, aclıq, zülm qoymadı göz açam.

Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulmuşdur.

  1. Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik.
  2. Gənclər danışır, gülür, şadyanalıq edirdilər.

Bu cümlələrdə isə həmcins xəbərlər arasında vergül işarəsi işlənmişdir (söhbət edərdik, yeyərdik, danışardıq; danışır, gülür).

Ki tabelilik bağlayıcısı işlənən müxtəlif növlü tabeli mürəkkəb cümlələrdə mürəkkəb cümlənin tərəflərini birləşdirən cümlələr arasındakı ki bağlayıcısından sonra vergül qoyulur. Məsələn,

  1. Elə hadisələr olur ki, heç vaxt yaddan çıxmır.
  2. Tələbə var ki, kitab əlindən düşmür.
  3. Özünü elə aparır ki, deyərdin, hamı ona borcludur.
  4. O, elə baxırdı ki, sanki çalağandır, şikarının üstünə şığıyacaq.
  5. Biz ona görə gəlmişik ki, sizi xəbərdar edək.

Çünki bağlayıcısı işlənən mürəkkəb cümlədə ondan əvvəl vergül yazılır.

  1. Oğlan imtahan verməkdən qorxurdu, çünki elmdən çoxdan uzaqlaşmışdı.

-sa, -sə şərt şəkilçisi işlənən mürəkkəb cümlədə sa² birinci cümlənin xəbərində gələrsə, ondan sonra vergül qoyulur.

  1. Əgər yıxılsan, balta çalan çox olar.
  2. Hərgah işləmirsənsə, gedə bilərsən.

Mürəkkəb cümlədə sa², da², belə, hərçənd, hərçənd ki, düzü, doğrusu, düzdür, doğrudan sözləri varsa həmin sözlərdən sonra, amma, ancaq bağlayıcılarından isə əvvəl vergül qoyulur. Məsələn,

  1. Hərçənd ki, bir yerdə işləyirdilər, amma dostluq etmirdilər.
  2. Düzü, iyirmi faiz torpaqlarımız düşmən tapdağı altındadır, ancaq torpaqların geri alınacağına şübhə etmirik.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında iki nöqtə qoyulur. Tərkib hissələrinin birində vergül olduqda ümumi ilə aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. Məsələn,

  1. Gözəl bir yay günü idi; çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmışdı.
  2. Qızğın iş gedirdi: kimisi çala qazır, kimisi isə şitil əkirdi.

Tərəfləri müstəqil olub, daxilində həmcins üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və hər hansı durğu işarəsindən biri işlədilir. Məsələn,

  1. Üç il, ya bəlkə dörd ildi, yaxşı yadımda deyil, bizim Baxşalı bəy gedirdi Gəncəyə; apardım vağzala, bileti aldım və yola saldım getdi (C. Məmmədquluzadə).
  2. Bir azdan sonra süfrə açıldı; hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik (A. Şaiq).

Bağlayıcısız bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və tərkibində hər hansı durğu işarəsindən biri işlədilir. Məsələn,

  1. Qarqar çayının həzin şırıltısı, Gülarənin palazlara, gəbələrə endirdiyi toqqaların taqqıltısı ətrafa yayıldı; hələ naxırçıların oynamaları da bu səslərə qarışanda şənlik bir tərəkəmə toyunu xatırladırdı (Ə. Haqverdiyev).
  2. Onlar otaqdan çıxmamış otağa səs-küylə iri bir qadın girdi; qolları çırmalanmışdı (C. Cabbarlı).

Zərfliklər əksərən, baxmayaraq, halda, kimi, əlaqədar olaraq və s. sözlərin köməyi ilə xüsusiləşərkən bu zaman həmin sözlərdən sonra vergül qoyulur. Məsələn,

  1. Səhər yorğun və ac olduğumuza baxmayaraq, körpünü tikdik.
  2. Payız olduğu halda, aran yerlərdə istiydi.

Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra vergül qoyulur

Dəqiqləşdirici xüsusiləşmiş üzvlər bu və ya digər bir üzvə aid olur. Onun mənasını konkretləşdirir. Xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşan dəqiqləşdirici xüsusiləşmiş üzvdən əvvəl vergül yazılır. Məsələn,

  1. Bütün siniflər, xüsusən onuncular yaxşı nəticə əldə etdilər.
  2. Onun bütün bədəni, hətta üz-gözü də toz-torpaq içində idi.

Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur. Tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələr. Birləşdirmə, qarşılaşdırma, iştirak, inkar, bölüşdürmə bağlayıcıları bağlayıcılı tabeli mürəkkəb cümlələrin hissələrini bir-birinə bağlayır. Birləşdirmə bağlayıcılarından başqa (və birləşdirmə bağlayıcısından başqa) qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. Məsələn,

  1. Qonaq getmək istədi, amma ana buraxmadı.
  2. Birdən-birə göy guruldadı, hətta ildırım çaxdı.
  3. Nə işıq yanırdı, nə də su gəlirdi.
  4. Gah yağış yağırdı, gah da gün çıxırdı.

Bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız sadalama intonasiyası ilə bağlanır və onların arasında vergül qoyulur. Məsələn,

  1. Yağış yağır, rəqs eləyir gur damcılar.
  2. Sel gəldi, çayın suyu bulandı.

Cümlədə ara sözlər işlənərkən yerinə, mövqeyinə görə vergül yazılır. Ümumən ara sözlərdə vergülün qoyulması xitablarda olduğu kimidir. Cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məsələn,

  1. Şairdir, görünür, düz ilqarı var (S. Vurğun).

Əvvəldə gələrsə, ara sözdən sonra vergül yazılır. Məsələn,

  1. Bəlkə, (ara söz) bu yerlərə bir də gəlmədim, duman, (xitab) salamat qal, çən, salamat qal (M. Araz).
  2. Yəqin, (ara söz) sən də getməlisən.
  3. Elşən, əsasən, (ara söz) doğru məlumat verdi.
  4. Müxtəsər, (ara söz) bu işi qurtarmalıyıq.
  5. Vüqar, (xitab) zənnimcə, (ara söz) daha düzələr.

Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur. Köməkçi nitq hissələrindən olan modal sözlərdən sonra, o və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məsələn,

  1. O, əlbəttə, (modal söz) sənə inanır.
  2. Bu, təəssüf ki, (modal söz), babamdan qalan son yadigardır.
  3. Bu, mənim dostumdur.
  4. O, çox çalışır.

O, bu əvəzlikləri cümlədə təyin vəzifəsində işlənərkən (hansı sualına cavab verir) heç vaxt onlardan sonra vergül qoymaq olmaz. Məsələn,

  1. O işi mən görməliyəm.
  2. Bu tapşırığı düz yazmamışam.

O, bu əvəzlikləri mübtəda vəzifəsində işlənərkən özündən sonra feil və köməkçi nitq hissələri (feli sifət və modal sözlərdən başqa) gələrsə, vergül qoyulmaz. Məsələn,

  1. O getdi.
  2. Bu həm də tələbədir.
  3. O nə yaxşı oğlandır?!
  4. O necə də yaxşı cavab verdi?!

Cümlədə təkrar olunan nə, gah, həm, ya bağlayıcılarından əvvəl vergül qoyulur. Cümlənin içərisində olan amma, ancaq, lakin, hətta, yəni, o cümlədən, həmçinin, habelə, halbuki, çünki, yoxsa, ona görə ki, eyni zamanda, ondan ötrü ki bağlayıcılarından əvvəl vergül qoyulur. Məsələn,

  1. Göyün üzünü bulud aldı, amma yağış yağmadı.
  2. Vaxtında gəl, yoxsa içəri keçə bilməzsən.

Da, də bağlayıcılarından sonra vergül qoyulur. Məsələn,

  1. Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən.

Ki bağlayıcısından sonra vergül qoyulur. Məsələn,

  1. Katib cavab verdi ki, kağızın Mirzə Səfərdədir.

Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Məsələn,

  1. Əgər Fərhad olmasaydı, o, burada bir gün də qalmazdı.
  2. Hərçənd vaxtında gəlib çıxmışdı, ancaq ona ehtiyac olmadı.

Da, də bağlayıcıları cümlədə təkrar olunmayanda vergül qoyulmur. Məsələn,

  1. Gəncə də Azərbaycanın qədim şəhərlərindəndir.

Belə ki bağlayıcısından sonra vergül qoyulur.

Bəli, xeyr, hə ədatları cümlənin əvvəlində gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdə, sonra gələndə özündən əvvəl vergül qoyulur. Bu ədatlar söz-cümlə kimi işləndikdə intonasiyadan asılı olaraq onlardan sonra nöqtə, sual və nida işarəsi qoyulur. Məsələn,

— Görürəm, bəli, işlərin yaxşı gedir.
— Bu, belədir, bəli.
— Xeyr, getmirəm. Hə, eşitmişəm. Xeyr, gedə bilməyəcəksən. Hə, düz deyirsən (ədat).
— İlqar, sən də getmək istəyirsən?
— Xeyr! (söz-cümlə)
— Hava soyuqdurmu?
— Bəli (söz-cümlə).

Ki həm ədat, həm də bağlayıcı kimi işlənir. Məsələn,

  1. Başa düşmədiyiniz bir şey yoxdur ki? (ədat).

Ki əgər ədat vəzifəsindədirsə, ondan sonra vergül yazılmır. Məsələn,

  1. Söz ki var, quş kimidir, buraxarsan uçar (ədat).

Ki bağlayıcıdırsa, ondan sonra vergül qoyulur. Məsələn,

  1. Yarım saatdan artıq idi ki, Səkinə gözləyirdi (bağlayıcı).
  2. Mən sənə dedim ki, belə danışma (bağlayıcı).

Yəni sözü də həm bağlayıcı, həm ədat kimi işlənir. Bu zaman cümlədə bağlayıcıdan əvvəl vergül yazılır. Ədatdırsa, heç bir durğu işarəsi qoyulmur. Məsələn,

  1. Kənd ağsaqqalı cavanları, yəni: Mürsəli, Nadiri, Akifi məsləhət gördü (bağlayıcı).
  2. Mən Vüqarı, yəni qardaşımı gözləyirəm (bağlayıcı).
  3. Bu barədə yəni heç kəsə bir söz deməmisən? (ədat).
  4. Yəni bu çox pis işdir? (ədat).

Modal söz cümlənin əvvəlində işlənəndə ondan sonra vergül, ortada gələrsə hər iki tərəfdə, sonda olarsa ondan əvvəl vergül qoyulur. Sanki, elə bil modal sözlərindən sonra vergül qoyulmur. Məsələn,

  1. Sanki alçaq dağları bu yaradıb.
  2. Elə bil qışın qaranlığında gün çıxdı.

Ara sözlər morfologiyada modal sözlər adlanır. Məsələn,

  1. Nəhayət, dedikləri vaxt gimnaziyaya gedib şəhadətnaməni aldım.
  2. Mən, doğrudan da, bu fikirdəyəm ki, Roma öz qüdrətini göstərmək üçün Çandranı yaratmışdır (M. İbrahimov).

Nidalarda belə durğu işarələri işlədilir. Cümlənin əvvəlində, ortasında və sonunda işlənən nidalarda aşağıdakı halda durğu işarələri qoyulur. Məsələn, # Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim (M. Müşfiq).

  1. Vah, bu imiş dərsi-üsuli-cədid?! Yox! Yox! Oğul, məktəbi-üsyandı bu (M. Ə. Sabir).

Burada nidalardan sonra çox vaxt intonasiyadan asılı olaraq vergül və ya nida işarəsi qoyulur.

  1. Qorxdum, ay aman, yarıldı bağrım! (M. Ə. Sabir)
  2. Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can! (M. Ə. Sabir) (nida işarəsi cümlənin sonunda işlənib).

Cümlədə məna və intonasiya cəhətdən fərqləndirilən üzvlərə xüsusiləşmiş üzvlər deyilir. Bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin tamamlıqlar və zərfliklər daha çox xüsusiləşir. Tamamlıqlar başqa, qeyri, özgə, savayı, əlavə, əvəzinə və s. qoşmaların köməyi ilə xüsusiləşir. Məsələn,

  1. Quşların səsindən başqa, bir səs eşidilmirdi.
  2. Plandan əlavə, otuz faiz pambıq nəzərdə tutulub.
  3. Hacıyevin rotası yalnız səhərə yaxın düşmən mövqeyinə çatdı, çünki bütün gecəni projektorların işığı onların irəliləməsinə mane olurdu (Ə. Əbülhəsən).
  4. Hamı, o cümlədən işə yeni götürülənlər həkim müayinəsindən keçməli oldu.
  5. Mən və yoldaşlarım bir az asudə nəfəs alırdıq, ona görə ki ev dağın ətəyində, çayın kənarında idi.

Cümlədə təkrar olunan da, də bağlayıcılarından sonra (sonuncudan başqa) vergül qoyulur. Məsələn,

  1. Aydanmı, günəşdənmi yarandın, de nədən sən?
  2. Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən (S. Vurğun).

Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Məsələn,

  1. Əgər Fərhad olmasaydı, o, burada bir gün də qalmazdı.
  2. Əgər torpaq anadırsa, zəhmət atadır.
  3. Madam ki, xəfiyyəlik edirsən, göstər onun evini (İ. Şıxlı).
  4. İndi ki getmək istəyir, mane olmayın.
  5. Hərçənd vaxtında gəlib çıxmışdı, ancaq ona ehtiyac olmadı.

Belə ki bağlayıcısından sonra vergül qoyulur. Məsələn,

  1. İndi Azadın boş vaxtı yox idi, belə ki, o, gecə kurslarına da gedirdi.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.