Təbib (nəşriyyat)
"Təbib" nəşriyyatı
"Təbib" nəşriyyatı | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Nəşriyyat |
Məhsulu | Əsasən çap məmulatları |
Təsis tarixi | 1991 |
Rəhbərlik | |
Rəhbərlik | T.Səfərov, X.A.Balaxanlı |
Haqqında
"Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir.
Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur.
1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir.
Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir.
Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir.
Əlaqə
- Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.
İstinadlar
Həmçinin bax
- Azərbaycan Tibb Universiteti
- Əsgər Əsgərov — "Təbib" nəşriyyatının baş redaktoru (2009-dan)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.