Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu

"Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 1997
Tabelik Azərsu ASC
Baş qərargah Bakı Bakı
Ünvan Moskva prospekti 73, AZ1012
Rəhbərlik
Direktor Vüqar Mirzəyev
Direktor müavinləri Elnur Nəsirov
Rəşail İsmayılov
Mehman Babayev

Rəsmi saytı sukanal.az

Tarixi

"Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu qanunvericilik çərçivəsində Abşeron Regional Səhmdar Su Cəmiyyətinin tərkibində (Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə Abşeron Regional Səhmdar Su Cəmiyyəti "Azərsu" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır) 1961-ci ildə yaradılmış keçmiş "VODGEO" Elmi-Tədqiqat İnstitutu və 1990-cı ildə yaradılmış keçmiş "AzərbSETLİ" Elmi-Tədqiqat və Layihə İnstitutunun birləşdirilməsi nəticəsində 6 avqust 1997-ci il tarixdə təşkil olunmuşdur.

Haqqında

"Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu Azərbaycan Respublikasında yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması üçün müvafiq layihələrin, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında, tikinti üçün kompleks mühəndis axtarışlarının, sahə üzrə elmi-tədqiqat və tədqiqat işlərinin aparılmasında aparıcı elmi-tədqiqat və layihə təşkilatıdır.

Rəhbərlik

"Sukanal" ETLİ-nin hal-hazırda direktoru Vüqar Mirzəyevdir.

Fəaliyyəti

İnstitutun əsas fəaliyyət istiqamətlərinə ölkənin yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası və beynəlxalq standartlara cavab verən tikinti üçün kompleks mühəndis axtarışlarının aparılması, sahə üzrə elmi-tədqiqat işlərinin aparılması, normativ-hüquqi sənədlərə uyğun olaraq idarə və müəssisələrin ekoloji, su təsərrüfatı pasportlarının hazırlanması daxildir.

"Sukanal" ETLİ-nin tədqiqat sahəsinə yeraltı və səth suları əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, ilk növbədə "Azərsu" ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı əsas və yardımçı bina və qurğuların layihələndirilməsi də daxildir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Lisenziyalaşdırma Qaydasına uyğun olaraq Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi və müvafiq mühəndis-axtarış işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutuna 2016-cı ildə müddətsiz lisenziyalar verilmişdir.

İnstitutda geniş tərkibdə Elmi-Texniki Şura fəaliyyət göstərir.

İçməli və çirkab suların, qruntların beynəlxalq standartlara cavab verən analizlərinin aparılması üçün İnstitutda müasir tədqiqat laboratoriyası fəaliyyət göstərir.

İnstitutun layihələndirmə prosesinin bütün mərhələlərində müasir kompüter proqramlarından istifadə olunur.

Nailiyyətləri

"Sukanal" ETLİ-nin tərkibinə daxil olan elmi-tədqiqat və layihə bölmələrində müxtəlif ixtisaslardan olan mütəxəssislər çalışır ki, bunların da arasında 3 nəfər elmlər doktoru və 8 nəfər fəlsəfə doktoru (elmlər namizədi) vardır.

İnstitutda gənc mütəxəssislərin xüsusi çəkisi böyük yer tutur və onların bilik bacarığının artırılmasına xüsusi diqqət yetirilir. Belə ki, gənc mütəxəssislər "Azərsu" ASC tərəfindən təşkil olunmuş kurslarda və treninqlərdə aktiv iştirak edir, xaricdə öz ixtisasları üzrə təcrübə alırlar. İnstitutun bir qrup gənc mütəxəssisi Türkiyənin İstanbul şəhərinin su təchizatı və kanalizasiya qurğuları ilə tanış olmuş, müvafiq kurslar keçmiş və beynəlxalq sertifikat almışdır.

İşlərində əldə etdikləri uğur və nailiyyətlərə görə İnstitutun 1 əməkdaşı 3-cü dərəcəli Əmək ordeni, 4 əməkdaşı Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adı, 4 əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Struktur

  • Rəhbərlik
  • Rəhbərlik yanında aparat
  • Kadrlar, icraya nəzarət və kargüzarlıq şöbəsi
  • Peşə və ixtisas biliklərinin qiymətləndirilməsi şöbəsi
  • İqtisadiyyat və uçot şöbəsi
  • Hüquq şöbəsi
  • Doktorantura şöbəsi
  • Texniki şöbə
  • Geodeziya şöbəsi
  • Mühəndis-geoloji axtarışları şöbəsi
  • Su təchizatı sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsi
  • Kanalizasiya və yağış suları sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsi
  • Yerüstü tikili və qurğuların layihələndirilməsi və ekspertizası şöbəsi
  • Elektromexanika və avtomatika sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsi
  • Tikintinin təşkili və layihələrin qiymətləndirilməsi şöbəsi
  • Layihələrin tərtibatı və buraxılışı şöbəsi
  • İnformasiya texnologiyalarının tətbiqi şöbəsi
  • Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsi
  • Hidroloji tədqiqatlar şöbəsi
  • Qrunt və su tədqiqatları şöbəsi
  • Təchizat və təsərrüfat işləri şöbəsi
  • Təlim və İnnovasiyalar Mərkəzi
  • "Metodiki təminat" şöbəsi
  • "Kadr hazırlığı" şöbəsi
  • "İnkubasiya və Akselorasiya" şöbəsi
  • Xidmətedici heyət
  • "Büllur" Poliqrafiya Mərkəzi

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.