"Qayınana" əməliyyatı
"Qayınana" əməliyyatı — tammetrajlı Azərbaycan komediya filmi.
"Qayınana" əməliyyatı | |
---|---|
Janr | komediya |
Rejissor | Məhərrəm Bədirzadə |
Əsərin müəllifi | Əhməd Orucoğlu |
Baş rollarda |
Nəsibə Zeynalova-Qayınana Səyavuş Aslan-Səlim Səidə Quliyeva-Naznaz Hacı İsmayılov-Həmid Nüşabə Ələsgərli-Gülya |
Operator | İsa Kazımov |
Bəstəkar | Nadir Əzimov |
İstehsalçı | Azərbaycan Televiziyası |
Filmin növü | tammetrajlı film-tamaşa |
Müddət | 74 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 1999 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
Uzun müddət qayğısız qalan qayınana (Nəsibə Zeynalova) kürəkən və qızlarının başına oyun gətirmək və onlara dərs vermək qərarına gəlir. Lakin bu oyun hamıya çox baha oturur.
Film-tamaşaya baxdıqda bu atalar sözü yada düşür: "Bağda ərik var idi, salam-əleyk var idi. Bağdan ərik qurtardı, salam-əleyk qurtardı."
Səhvlər
- Orfoqrafik:
- 1)Titrlərdə film-tamaşanın adı "Qaynana əməliyyatı" yazılmışdır. Doğrusu isə "Qayınana əməliyyatı"dır.
- 2)Nüşabə Ələsgərlinin adı Nüşabə Ələskərli yazılmışdır.
- 3)Ələsgər Məmmədoğlunun adı Ələskər Məmmədoğlu yazılmışdır.
Film-tamaşanın heyəti
Film-tamaşa üzərində işləyənlər
- Əsərin müəllifi: Əhməd Orucoğlu
- Quruluşçu rejissor: Məhərrəm Bədirzadə
- Quruluşçu operator: İsa Kazımov
- Səs rejissoru: Firudin Bağıroğlu
- Rejissor: Elşən Heydərov
- Montaj: Nasir Salamov, İlham Qaliboğlu
- Mahnının müəllifləri: Nadir Əzimov (musiqi), İsmayıl Dadaşov (sözlər)
- Musiqi tərtibatı: İsmayıl Dadaşov, Minurə Əfəndiyeva
- Qrim ustası: Zemfira Cəfərova
- İşıqçı: Seymur Quliyev
- Redaktor: Mailə Muradxanlı
- Direktor: Faiq Abbasov
- İfalarından istifadə edilən müğənni: Nüşabə Ələsgərli (titrlərdə yoxdur)
Rollarda
- Nəsibə Zeynalova-Qayınana
- Səyavuş Aslan-Səlim
- Səidə Quliyeva-Naznaz
- Hacı İsmayılov-Həmid
- Nüşabə Ələsgərli-Gülya
- Ramiz Məmmədov-Polis rəisi
- Ələsgər Məmmədoğlu-Xəfiyyə
- Məmmədkamal Kazımov-Şəhər sakini
- Qafar Novruzlu-Şəhər sakini
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.