"Qəbələnd" əyləncə mərkəzi

"Qəbələnd" əyləncə mərkəzi — Qəbələ şəhərində yerləşir. Ümumi ərazisi 16 hektardır.[1] Azərbaycanın Disneylandı adlandırılır. Uşaqlar və böyüklər üçün Britaniya, İtaliya, Almaniya və İsrail istehsalı olan 60-dan artıq oyun aparatları, 6D attraksionu, "LaserMaxx", yarış avtomobilləri üçün iki trek, motosikllər üçün yol, buz meydançası, voleybol, basketbol və futbol üçün oyun meydançaları, fitnes-mərkəz, istər Azərbaycan, istərsə də dünya mətbəxinin xörəklərini təklif edən qəhvəxana və restoranlar, suvenir mağazası fəaliyyət göstərir. "Qəbələnd" əyləncə mərkəzində yeddi süni göl yaradılmışdır. Bura Azərbaycanlı turistlərdən başqa İran, Türkiyə və Rusiyadan da turistlər gəlir.[2]

"Qəbələnd" əyləncə mərkəzinin girişi

Xarici keçidlər

Rəsmi saytı Arxivləşdirilib 2016-05-12 at the Wayback Machine

İstinadlar

  1. "Qəbələnd – Qəbələdə əyləncə və təbiətin təntənəsi". Qəbələ Rayon İcra Hakimiyyəti. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2016.
  2. "GABALAND". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 2017-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.