"Müqəddəs böyük Yekaterina" ordeni (Rusiya Federasiyası)

Müqəddəs böyük Yekaterina ordeni  — Rusiya Federasiyasının dövlət mükafatı.

Müqəddəs böyük Yekaterina ordeni
rus. Орден Святой великомученицы Екатерины

Ölkə Rusiya Rusiya
Tip orden
Kimə verilir Rusiya Federasiyasının və xarici dövlətlərin vətəndaşlarına
Təltif edir
Status verilir
Deviz Mərhəmətə görə
Statistika
Təsis tarixi 3 may 2012
İlk təltif
  • 3 may 2012
  • 11 fevral 2013
Təltif sayı 4 nəfər
Ardıcıllıq
Yüksək mükafat Aleksandr Nevski ordeni
Aşağı mükafat "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır[1].

Ordeninin statutu

1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir.

2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır.

Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir.

Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır.

3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.

4. Müqəddəs böyük Yekaterina ordeni lenti "Vətənə xidmətə görə" ordeni lentindən sonra yerləşir.

5. Müqəddəs böyük Yekaterina ordeninin lenti sinənin sağ tərəfində daşındığı halda Müqəddəs böyük Yekaterina ordenin rozeti isə sinənin sol tərəfində daşınır.

Ordeninin kavalerləri

Ordenin ulduzu
Orden nişanının tərs üzü

1. lyina Lyudmila Dmitrievna(3 may 2012-ci il, № 574)- Müqəddəs Nikolay Çernoostrov Rus pravoslav kilsəsinin Kaluqa yeparxiyasının Maloyaroslavets şəhərində qadın monastırının başçısıdır[2].

2. Pereojix Nina Nikitiçna (3 may 2012-ci il, № 574) — Lipetsk Vilayət "2 saylı dövlət xəstəxanası" səhiyyə idarəsinin həkimi[2].

3. Fals-Feyn Eduard Aleksandroviç (30 sentyabr 2012-ci il, № 1312), Lixtenşteyn Knyazlığın vətəndaşı[3]

4. Sarqanova Natalya Vasiliyeviç (11 fevral 2013-cü il, № 135) — Tula şəhərində valideynidir[4] .

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.